Yaponiya və ABŞ liderlərinin görüşünün gündəliyi açıqlandı

Yaponiya və ABŞ hökumətləri Baş nazir Şinzo Abe ilə Prezident Donald Trampın fevralın 10-da Vaşinqtonda keçiriləcək görüşü ilə bağlı hazırlıq işlərini başa çatdırırlar. Bu barədə yanvarın 26-da “Yomiuri” qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.

Etikxeber.az-ın xəbərinə görə, məlumatda qeyd edilir ki, görüş zamanı tərəflər D.Trampın ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmadan çıxması barədə imzaladığı sərəncamdan sonra onun gələcək taleyi haqda müzakirələr aparacaqlar. Razılaşmaya əsasən, TPP çərçivəsində Asiya-Sakit Okean regionunda azad ticarət zonasının yaradılması nəzərdə tutulurdu. Dünya iqtisadiyyatının 40 faizi və ticarətin üçdə biri bu regionun payına düşür.

Liderlərin görüşündə dünya iqtisadiyyatı və təhlükəsizlik məsələlərinin müzakirə olunacağı da bildirilir.

Vaşinqtonda baş tutacaq görüşə qədər tərəflər arasında telefon danışığının olacağı da gözlənilir. Telefon danışığı zamanı görüşün bütün detallarının dəqiqləşdiriləcəyi bildirilir.

Yaponiyanın Baş naziri inauqurasiya mərasimindən sonra ABŞ Prezidenti ilə “mümkün qədər tez” görüşməyi arzuladığını bildirib. Ş.Abe Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra onunla görüşən ilk xarici ölkə lideridir.

Etikxeber.az

Read Previous

Sevinc Fətəliyeva yenidən komitə sədri seçildi

Read Next

Pensiya islahatları ilə bağlı qanun layihəsi müzakirələrə çıxarılır – FEVRALIN 3-də

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir