Yaqland Hüseynova nə cavab verdi?

AŞPA-nın payız sessiyası çərçivəsində Avropa Şurasının baş katibi çıxış etdikdən sonra parlamentarilərin suallarını cavablandırıb.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov baş katibin ayrı-ayrı məhbusların azadlığa buraxılması ilə bağlı etdiyi qəti çağırışların, bu istiqamətdə prinsipial mövqeyinin, ardıcıl səylərinin diqqətəlayiq olduğunu bildirib.

Deputat 2014-cü ildə Ermənistan tərəfindən girov götürülmüş və Dağlıq Qarabağda qeyri-qanuni məhkum edilmiş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı baş katibin nəcib müraciətinə Ermənistanın xalq tərəfindən rədd edilən keçmiş rəhbərliyinin biganəlik göstərdiyinə təəssüflənərək soruşub: “Ermənistanın demokratik dəyərlərə sadiqliyini bəyan edən yeni rəhbərliyi qarşısında Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsdən azad edilməsi ilə bağlı məsələni yenidən qaldırmaq haqda Azərbaycanın yüz minlərlə qaçqını və məcburi köçkününün tələbi və israrlı xahişinə nə cavab verərdiniz?”.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib: “Mən bu məsələni dəfələrlə qaldırmışam və Ermənistan tərəfindən xahiş etmişəm ki, əsirlikdə saxlanılan və məhkum edilmiş insanları azad etsinlər. Mən yenə bildirirəm ki, bu məsələ həllini tapmalıdır. Ermənistan Azərbaycan tərəfdən girov götürüb məhkum etdiyi insanları azad etməlidir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

 

Read Previous

Prezident Quba ilə bağlı Sərəncam imzaladı…

Read Next

AŞPA komitəsində Elşad Həsənovun məruzəsi dinlənildi və dəstəkləndi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir