Yaqub Eyyubov Əli Əsədovla birgə büdcə müzakirələrinə – QATILACAQMI?

Gələn həftə, noyabrın 12-də Milli Məclisin (MM) plenar iclasında 2020-ci ilin büdcə zərfinin müzakirəsinə başlanılacaq.

Etikxeber.az-ın xəbərinə görə, büdcə zərfi 3 gün, 12-14-ü tarixlərində müzakirə olunacaq.

Büdcə zərfinin müzakirələrinə millət vəkilləri ilə yanaşı yeni Baş nazir Əli Əsədov və hökumət üzvləri də qatılacaqlar.

Konkret olaraq,  vitse-premyerlər Əli Əhmədovla Şahin Mustafayev, iqtisadi sektora aid olan nazirliklərin, dövlət komitələrinin, dövləti şirkətlərinin, ASC-lərin rəhbərləri büdcə müzakirələrində iştirak edəcəklər.

ali asad

budca-mm-2

ziyadddddd-1

İclası spiker Oqtay Əsədov açaraq, qısa şəkildə büdcə zərfi ilə bağlı fikirlərini bildirəcək.

Sonra söz büdcə zərfi barədə geniş məlumat və rəy vermək üçün Maliyyə naziri Samir Şərifova, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəyə və Hesablama Palatasının sədri Vüqar Gülməmmədova veriləcək.

Onların çıxışları və rəyindən sonra büdcə zərfi ətrafında müzakirələrə başlanılacaq.

Büdcə ilə bağlı müzakirələr ayın 14-də dayandırılacaq və müzakirələr zamanı səsləndirilən irad – təkliflərə baxılması üçün hökumətə 10 gün vaxt veriləcək.

10 gündən sonra büdcə zərfi parlamentin növbəti plenar iclasında səsverməyə çıxarılacaq.

Səsvermədən öncə büdcənin son variantı ilə bağlı S. Şərifovun qısa məlumatı dinləniləcək.

Sonra sənəd səsverməyə çıxarılacaq və qəbul edilərək, imzalanması üçün ölkə Prezidentinə göndəriləcək.

Onu da qeyd edək ki, Baş nazirin birinci müavini-74 yaşlı Yaqub Eyyubovun büdcə zərfinin müzakirələrinə qatılıb-qatılmayacağlı hələlik tam məlum deyil.

Onun yaşı ilə bağlı yaxın zamanlarda istefaya gedəcəyi söylənilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

 

 

Read Previous

“Vəzifəli şəxslərə böhtan atan zabit barədə materiallar Hərbi Prokurorluğa göndərilib” – DSX

Read Next

“Dağlıq Qarabağın Azərbaycanlı İcması”na ayrılan vəsait artırılmalıdır” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0