Yaqub Eyyubov büdcə müzakirələrində göründü?!

Yaşları ilə əlaqədar vitse-premyerlikdən gedən 75 yaşlı Hacıbala Abutalıbovla 71 yaşlı Əli Həsənovdan sonra birinci vitse-premyer, 74 yaşlı Yaqub Eyyubovun da vəzifəsindən istefa edəcəyi gözlənilir(di).

Etikxeber.az-ın xəbərinə görə, istefa ehtimallarını gücləndirən məqamlardan biri həmin vaxtdan Y. Eyyubovun bir qədər kənara çəkilməsi, efirlərdə görünməməsi, ən əsası son dövlərdəki qarşılanma və yolasalma mərasimlərində görünməməsi idi.

Odur ki, Y. Eyyubovun parlamentdəki büdcə müzakirələrinə qatılıb-qatılmayacağı böyük maraq doğururdu.

Y.Eyyubov isə bu gün parlament müzakirələrinə qatılaraq, istefa xəbərlərini doğrultmayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Ölkəmizdə əmin-amanlıq hökm sürsün!” – BİRİNCİ VİTSE-PREZİDENTDƏN TƏBRİK

Read Next

Suraxanının icra başçısı Şirvana, Şirvanın icra başçısı Zərdaba, Yasamalın icra başçısı Xətaiyə göndərildi – DEPUTAT DA İCRA BAŞÇISI OLDU – SƏRƏNCAMLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir