Yaralar sarılacaq, sülh, hüzur yenidən inşa ediləcək – BOZDAĞ

Bəkir Bozdağ: Afrində terror və terrorçular bitsə də, görüləcək çoxlu işlərimiz var

Hələlik işimiz bitməyib, Afrində görüləcək çoxlu işlərimiz var.

Etikxeber.az-ın xəbərinə görə, bunu Tükiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

Onun sözlərinə görə,  Afrin  əvvəlcə silah-sursatlarlardan təmizlənəcək:

“Sonra isə Afrinin ətrafındakı, yəni, şəhər mərkəzinə bağlı məntəqələr  nəzarət altına alınacaq və bölgə terrorçulardan, bomba və digər silahlardan təmizlənəcək. Terrordan və terrorçulardan təmizlənərək nəzarət altına alınan yerlərdə həyatın, yaşayışın normallaşdırılması, təmin edilməsi üçün təcili, sürətli adımmlar atılacaq, xüsusilə, qida ilə bağlı problemin yaşanmaması üçün tədbirlər artırılacaq. Bir sözlə,  yaralar sarılacaq, sabitlik, sakitlik, sülh, təhlükəsizlik  yenidən bərqərar ediləcək. Bəli, daha çox görüləcək işlərmiz var. Amma Afrində terror və terrorçular bitdi, məhv edildi. Afrin əhalisi üzərində terror təşkilatlarının qurduğu təzyiq və zulm sona çatdı. Artıq Afrin əhalisi azadlıq, təhlükəsizlik, hüzur, sülh və firavanlıq içində yaşayacaq” -deyə, Bozdağ sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

Terrora qarşı mübarizəni yarımçıq dayandıracağımızı kimsə düşünməsin – YILDIRIM

Read Next

9-cu dəfə genəl başqan seçilən BAXÇALI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir