“Yarana biləcək problemlərin həllinə kömək göstərməyə çalışacağıq” – PREZİDENT

Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasəti ilə üst-üstə düşür.

Etikxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Qoşulmama Hərəkatının sənədlərində əks olunan, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlara görə təşəkkürümü bildirirəm. Biz bu dəstəyi yüksək qiymətləndiririk.

Ölkəmizin Hərəkata sədrliyi dövründə üzv dövlətlər arasında həmrəylik və qarşılıqlı dəstək münasibətlərinin təşviqi prioritetimiz olacaqdır. Biz, həmçinin üzv ölkələr arasında mövcud olan məsələlərin, yarana biləcək problemlərin həllinə kömək göstərməyə çalışacağıq…”-deyə, Prezident sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu siyasət, yeniliklər illərdir səbr və əzmlə davam etdirilir” – KAMİLƏ ƏLİYEVA

Read Next

“Azdrama” 100 illiyini qeyd edəcək – OKTYABRIN 29-DA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir