Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yardımlı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Nuru oğlu Rzalının doğum günüdür.
Əli Rzalının bu gün 22 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Əli Rzalı 2002-ci ilin 17 aprel tarixində Yardımlı rayonunun Bilnə kəndində dünyaya gəlib.
Ailənin üç övladından biri, evin ortancılı, böyük oğlu və subay olub.
2008-2019-cu illərdə Blinə kənd orta məktəbində oxuyub.
Orta məktəbi bitirdikdən aylar sonra, 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb.
Goranboyda, Şubanıda və Cəlilabadda yerləşən hərbi hissələrdə xidmət edib, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri olub.
İkinci Vətən Müharibəsi zamanı isə cəmi 5 ayın Əsgəri kimi döyüşlərə qatılıb.
Axırıncı dəfə atası Nuru kişi ilə müharibədən cəmi günlər öncə, sentyabrın 19-da görüşüb, tək bacısı ilə də sonuncu dəfə sentyabrın 24-də danışıb.
Həmin gündən sonra Əli ilə əlaqə saxlamaq mümkün olmayıb.
Döyüşlərin, müharibənin 6-cı günündə, oktyabrın 2-də, səhər saatlarında isə Murovdağ-Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Şəhidliyi xəbəri ailəsinə elə həmin gün, saat 15:00 radələrində verilib.
Və 2 oktyabr tarixində, axşam saatlarında nəşi Bilnə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…
Eyni zamanda, Şəhidliyindən öncə Müdafiə naziri tərəfindən “Şücaətə görə” medalına layiq görülüb.
Bilnənin yeganə İkinci Vətən Müharibəsi Şəhidi olan Əli həm də tanınmış jurnalist Elşad Paşasoyun bacısı oğludur.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az