Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar oktyabrın 5-də saat 09:00-dan 18:00-dək Bakının Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, aparılan işlərin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Etikxeber.az

Read Previous

Kür və Araz çaylarında biogen maddələrin miqdarı normanı keçib

Read Next

“Azəravtoyol” gücləndirilmiş iş rejiminə keçir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir