Yaşayış minimumunun məbləği nə qədər oldu?

Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub.

Etikxeber.az-ın xəbərinə görə, bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

Sənəd parlamentin  bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Etikxeber.az

Read Previous

“Bu il 934 şəhid ailəsi və əlilliyi olan şəxsə mənzillər təqdim ediləcək” – NAZİR

Read Next

Sağlamlıq imkanları məhdud və valideynlərini itirən uşaqlarla bağlı – YENİLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir