“Yaşlıdır deyə, gedib evdə nəvə-nəticə oynatmalıdırlar?” – TAHİR RZAYEV

TAHİR RZAYEV: Götürək Əhliman Əmiraslanovu. O, nəinki Azərbaycanda, dünyada tanınmış insandır, indi yaşı bir qədər çoxdur deyə, kənarda oturmalıdır? Götürək Arif Rəhimzadəni. Yaşı bir qədər çoxdur deyə, kənarda qalmalıdır? Təki hamı onun kimi işgüzar, bacarıqlı, qabiliyyətli, enerjili olsun. Yaxud götürək Ziyad Səmədzadəni. Tanınmış ziyalımız, elm xadimimiz, akademikimizdir. Yaşlıdır deyə, kənarda durmalıdır?

Ağıl, qabiliyyət, bacarıq qocalıqla, yaşla deyil. O, insanın beynidir, düşüncəsidir,  yaşlı oldu, cavan oldu,  fərq etməz, bu adamlar əgər ölkəyə xeyir verirlərsə,  bunların iş qabiliyyətləri varsa,  onlar işləməlidir, çalışmalıdırlar.

Bunu Etikxeber.az-a açıqlamasında şair, millət vəkili Tahir Rzayev deyib.

“Bəziləri deyir ki, niyə müəllimlər, həkimlər və digərləri 65 yaşında pensiyaya çıxır, amma deputatlar yox? Bilirsiniz, müəllimlik, həkimlik dövlət işidir, bu, seçim deyil”-deyən millət vəkilinin sözlərinə görə, ancaq deputatları xalq, seçicilər seçir.

“Əgər doğrudan da,  xalq, seçici  qərar verirsə ki, filankəs deputat kürsüsündə otursun, xalqın elçisi, millət vəkilinin kimi, fəaliyyət göstərsin,  o zaman xalqın bu  etimadına, xalqın bu diqqətinə qarşı getmək özü bir sayğızlıqdır, özü seçicilərə, Azərbaycan vətəndaşına hörmətsizlikdir. Həm də çox maraqlıdır ki, niyə bunu başqa ölkələrdə parlament üzvlərinin ünvanına demirlər, ancaq bizdə kimlərsə bunları dilə gətirərək, əsassız müzakirələrə yol açırlar?! Axı, bu adamların müəyyən qədər dünyagörüşü var, bu adamlar yaxşı-pisi bilirlər, niyə də deputat kimi fəaliyyətlərini davam etdirməsinlər?!

Böyük Britaniyanın, Almaniyanın, Türkiyənin, digər ölkələrin parlamentlərində, ABŞ Konqresində olan deputatların əksəriyyəti yaşlı deputatlardır.  Amma onlar müəyyən iş təcrübəsi, siyasi yetkinliyi olan insanlardır, onların beyini var, düşüncəsi var,  iş qabiliyəti var. Ona görə də parlamentə seçilirlər və öz fəaliyyətləri ilə səmərəli iş aparırlar.

meclis-4

tahirrr

tahir-12

Belə olan halda, bizdəkilərə nə olub ki? Götürək Əhliman Əmiraslanovu. O, nəinki Azərbaycanda, dünyada tanınmış insandır, indi yaşı bir qədər çoxdur deyə, kənarda oturmalıdır? Götürək Arif Rəhimzadəni. Yaşı bir qədər çoxdur deyə, kənarda qalmalıdır? Təki hamı onun kimi işgüzar, bacarıqlı, qabiliyyətli, enerjili olsun. Yaxud götürək Ziyad Səmədzadəni. Tanınmış ziyalımız, elm xadimimiz, akademikimizdir. Yaşlıdır deyə, kənarda durmalıdır? Və ya akademik Yaqub Mahmudovu götürək. Azərbaycanımızın ən sayılıb, seçilən tarixçilərindən, elm adamlarındandır, akademikimizdir. O, niyə kənarda qalmalıdır ki?

Özü də tək onlar deyil, parlamentdə xeyli tanınmış insanlarımız, ziyalılarımız, akademiklərimiz, professorlarımız var.  Bunları insanlar yaxşı tanıyırlar,  onlar Azərbaycanın hər hansı bir guşəsinə getsələr, orada böyük hörmət-izzətlə qarşılanası insanlardır. İndi müəyyən yaş həddi var deyə, bunlar gedib evdə nəvə-nəticə oynatmalıdırlar? Bəzi boş-boş danışan cavanlar bunların etdiklərinin heç yüzdə birini edibmi? Heç əli bir yerə yatmayıb, heç bir yerdə işləməyib,  heç bir zaman fayda verməyib,  indi bu adamlar boş-boş danışıb, nə edəcəklər ki? Heç bir əməyi olmayan, heç bir fəaliyyəti bilinməyən, idarəetmə nədir, deputatlıq finksiyası və səlahiyyəti nədir bilməyən adanmlardır əslində bu  gərəksiz söz-söhbətləri ortaya atanlar, müzakirəyə çıxaranlar. Ağıllı adamlar belə fikir yürütməzlər. Onda belə çıxır ki, kim bir az yaşa doldu, onu götürüb aparıb qoysunlar bir qırağa.

Bir el məsəli var. Bir gün oğul atanı səbətin içinə qoyub, aparır kimsə olmayan bir yerə, deyir ki, qurd-quş yesin. Oğul gedəndə ata deyir ki, səbəti də özünlə götür, sənə də bir gün lazım olacaq. Deyir ki, niyə? Deyir ki, bir vaxt gələcək səni də oğlun mənim kimi səbətin içinə qoyub bura gətirəcək. Yəni, demək istəyirəm ki,  bu məsələni ortaya tullayanlar düşüncəsiz adamlardır. Filankəsin yaşı 65-dir, filankəsin yaşı 70-dir, filankəs 60 yaşı keçib, o artıq ictimai həyatdan, siyasi  fəaliyyətdən təcrid olunmalıdır, bunlar çox zərərli, çox ziyanlı fikirlər və düşüncələrdir, əslində düşüncəsizliklərdir.

Bunlar istər ictimai həyatda, istər siyasi həyatda öz sözlərini demiş adamlardır. Bunların yerinə bir cavan uşağı gətirib qoysaq, seçsək, o neyləyə bilər? Təbii, parlamentdə cavanlar, gənclər də lazımdır, parlamentimizdə kifayət qədər ağıllı, savadlı, qabiliyyətli cavanlar var. Amma yenə deyirəm ki, cavanlar müəyyən qədər məktəb, təcrübə keçməlidir, püxtələşməlidir, ondan sonra öz sözlərini deməlidirlər”-deyə, millət vəkili bildirib.

T. Rzayev həmçinin sözlərinə əlavə edib ki, dünyanın heç bir yerində deputatlıqla bağlı yaş senzi və seçilmə məhdudiyyəti yoxdur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Ermənistan sülhə razı olmasa…” – MİLLƏT VƏKİLİ

Read Next

Deputat Zahid Orucun işçilərindən razı qaldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir