Yaşmada partlayış oldu-BAŞ PROKURORLUQ CİNAYƏT İŞİ BAŞLADI – YENİLƏNİB

Xızıda sursat partlayıb.

Etikxeber.az xəbər verir ki, hadisə Yaşma yaşayış ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki mülki şəxs ölüb, bir mülki şəxs xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.

***

Aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə isə mətbuata Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.

Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb və ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, partlayışa şəbəb Sumqayıt şəhər sakinləri 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub.

Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Etikxeber.az

Read Previous

Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan bayrağının yandırılmasını-KƏSKİN ŞƏKİLDƏ PİSLƏDİ

Read Next

Ağırlıqqaldırma üzrə millimiz-VƏTƏNƏ DÖNDÜ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir