“Yataqxanadan artıq çıxarılma mərhələsində olan tələbələrin ölkəyə gətirilməsi məsələsi öz həllini tapmalıdır”-QƏNİRƏ PAŞAYEVA

Qardaş Türkiyə ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycan prezidentinin siyasətinin əsas istiqamətlərindən biridir. Bu sənəd də həmin siyasətin həyata keçirilməsini təmin edir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin də müraciətini diqqətə çatdırıb:

“İyunun 15-də Türkiyədə tədris yekunlaşır. Bu uşaqlar iyunun 15-də istər özəl, istərsə də dövlət yataqxanalarından çıxmağa məcbur olacaqlar. Təxminən 2400 nəfər qeydiyyatdan keçib və onların qayıtması zəruridir. Bu uşaqların iyunun 15-dən sonra harada qalacaqları bilinmir. Bu ailələrin əksəriyyəti uşaqlarının biletlərini almağa da razıdırlar. İyunun 15-nə qədər çarter reyslərlə bu uşaqların ölkəmizə geri qaytarılmasına şərait yaradılmalıdır. Aidiyyəti qurumlardan bu məsələni diqqətə almağa xahiş edirəm. Yataqxanadan artıq çıxarılma mərhələsində olan uşaqların ölkəyə gətirilməsi məsələsi öz həllini tapmalıdır”.

Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, Avropa və digər ölkələrdən də tələbələrin ölkəmizə gətirilməsi məsələsi aktualdır:

“Bu tələbələrin də ölkəmizə çarter reyslərlə gətirilməsi məsələsi öz həllini tapmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Prezident tərəfindən Ramil Səfərov barəsində verilən əfv fərmanı beynəlxalq hüquqi razılaşmadan irəli gəlir və dövlətimizin öz üzərinə götürdüyü öhdəliklərin hüquqi çərçivəsindədir”-NİZAMİ SƏFƏROV

Read Next

“Naxçıvana ABŞ-la eyni sistem yaradıblar: Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar, iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir…”- SİYAVUŞ NOVRUZOV – DEPUTATLAR NAXÇIVANLA BAĞLI MƏSƏLƏNİ GÜNDƏMƏ GƏTİRDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir