Yavaş qazandı: İMAMOĞLUNUN DA QƏLƏBƏSİ TANINACAQMI? – YENİLƏNİB – (5)

ƏKRƏM İMAMOĞLU: Haqq yemədim, haqqımı da heç kimə yedizdirmərəm. Təbrik etməyi bilirəm, amma təbrik edilməyi də gözləyirəm

Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı ilkin nəticələr açıqlanmaqdadır.

Etikxeber.az-ın xəbərinə görə, İstanbul şəhərində bələdiyyə başqanlığına namizədlərdən “Cümhur” İttifaqının namizədi Binəli Yıldırım, Ankarada isə “Millət” İttifaqının namizədi Mansur Yavaş öndə gedir.

binali

Həmçinin, İzmirdə, Əksişəhərdə, Antalyada, Tekirdağda, Aydında, Muğlada, Adanada “Millət”, Bursada, Orduda, Trabzonda,  Qazinantepdə “Cümhur” İttifaqının, Tuncelidə Kommunist Partiyasının, Vanda, Diyarbəkirdə  HDP-nin namizədi önə çıxıblar.

***

Səslərin sayılması davam edir.

İstanbulda Binəli Yıldırımın səs faizi nisbətən aşağı düşməkdə, “Millət” İttifaqının namizədi  Əkrəm İmamoğlunun  səs faizi nisbətən artmaqdadır.

Qeyd edək ki, İmamoğlu artıq iki dəfə açıqlama ilə çıxış edərək, Türkiyə Ali Seçki Komissiyasını və “Anadolu” Agentliyini obyektivliyə və siyasi əxlaqa dəvət edib.

O, həmçinin, özünün Yıldırımla müqayisədə bir neçə faiz öndə olduğunu iddia edib.

Səslərin sayılması davam edir.

Qeyd edək ki, Artvində, Biləcikdə, Hatayda  “Millət”in namizədi, Ərzurumda, Samsunda, Kocaelidə, Sakaryada “Cümhur”un namizədi önə çıxıb.

***

Əkrəm İmamoğlu üçüncü dəfə açıqlama ilə çıxış edib.

O, bir daha rəqibi Yıldırımla müqaiyəsədə öndə olduğunu bildirib.

“Haqq yemədim, haqqımı da heç kimə yedizdirmərəm. Təbrik etməyi bilirəm, amma təbrik edilməyi də gözləyirəm”-deyə, İmamoğlu sözlərinə əlavə edib.

***

İmamoğlu ilə Yıldırımın səs faizində fərqlər azalmaqdadır.

Hazırda fərq 12 minə enib.

***

Seçki sonucları ilə “İYİ Parti” lideri Meral Akşənər və CXP genəl başqanı Kamal Kılıcdaroğlu açıqlama veriblər.

Hər iki lider seçkilərin nəticələrindən razı qaldıqlarını, bütün zor şərtlərə rəğmən türk seçicisinin demokratiyaya səs verdiklərini bildiriblər.

M. Akşənər Türkiyə iqtidarını artıq “düşmənçilik dili”ndən çəkinməyə çağırıb.

Eyni zamanda, hər iki lider İstanbulda da “Millət” İttifaqının namizədinin-İmamoğlunun qalibgəlmə şansının daha yüksək olduğunu vurğulayıblar.

Bununla yanaşı, liderlər İstanbulda, Uşaqda və Balıkəsirdə seçki sonuclarının dəyişdirilməsinə qarşı partiya, İttifaq təmsilçilərini dirəniş göstərməyə çağırıblar.

***

Son məlumatlara görə, İmamoğlu seçkilərin qalibidir.

Ancaq hələlik İstanbulda kimin qalib gəldiyi məsələsinin elan olunması ilə bağlı qərarsızlıq yaşanır.

***

Sandık sayısı: 31 bin 186 – Açılan sandık sayısı: 31 bin 88

Açılan sandık oranı: Yüzde 99,69

Oy sayıları:  Ekrem İmamoğlu: 4 milyon 157 bin 505 – Binali Yıldırım: 4 milyon 130 bin 190

Oy oranları: Ekrem İmamoğlu: yüzde 48,80 – Binali Yıldırım: Yüzde 48,48

(sozcu.com)

Etikxeber.az 

Read Previous

“Qorxurlar ki, biz savaş edərik…” – AQİL ABBAS – RƏY(LƏR)

Read Next

Hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir