Yaxın aylarda Mingəçevir və Quba şəhərlərində yeni mərkəzlər açılacaq – PREZİDENT- YENİLƏNİB

Prezident İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda ölkə Prezidenti giriş və yekun çıxışı söyləyib.

***

“ASAN xidmət” mərkəzlərinin tikintisi davam etdirilir. Yaxın aylarda Mingəçevir və Quba şəhərlərində yeni mərkəzlər açılacaq”.

Bunu Prezident İ. Əliyev  iclasda çıxışı zamanı deyib.

“Şəki və İmişli şəhərlərində isə gələn il yeni mərkəzlərin açılması nəzərdə tutulur. Mən hesab edirəm ki, gələn il əlavə bir neçə şəhərdə “ASAN xidmət” mərkəzlərinin tikintisi başlanmalıdır. Çünki bu layihənin çox böyük səmərəsi var, xalq tərəfindən yüksək qiymətləndirilir, bəyənmə əmsalı 100 faizə yaxındır. Ona görə biz çalışmalıyıq ki, bütün bölgələrdə, – indi biz buna yaxınlaşırıq, – bundan sonra hər bir yerdə “ASAN xidmət” fəaliyyət göstərsin”- deyə, İ. Əliyev bildirib.

“ABAD mərkəz”lərindən söz açan dövlət başçısı qeyd edib ki, bu mərkəzlərin  özünüməşğulluq proqramının icrasına da böyük dəstək olacaq:

“Özünüməşğulluq proqramına gəldikdə, mən əvvəlki müşavirələrdə bu barədə göstərişlər vermişəm. İndi qanunvericilikdə də lazımi düzəlişlər edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər böyük vəsaiti yaranacaq və bu vəsait də özünüməşğulluq proqramının icrasına yönəldilir. İlkin məlumat müsbətdir. Bu məsələ yerlərdə çox böyük həvəslə qarşılanır. Əlbəttə ki, dövlət ağır vəziyyətdə yaşayanlar üçün öz hesabına pulsuz imkan yaradır, vəsait verir ki, onlar bundan sonra öz dolanışığını lazımi səviyyədə təmin etsinlər”.

Etikxeber.az

Read Previous

Aqramuntun yerinə kim seçiləcək?

Read Next

AŞPA Nazirlər Komitəsi Qənirə Paşayevanın qaldırdığı məsələni dəstəklədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir