“Yaxın gələcəkdə müəllimlərin sertifikasiyasını keçirməyi planlaşdırırq”-EMİN ƏMRULLAYEV

Təhsil naziri: “700 balı heç vaxt təhsilin keyfiyyəti hesab etməmişəm”

Bu il maksimal sayda abituriyent tələbə adını qazanıb.

Etikxeber.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, 700 balı heç vaxt təhsilin keyfiyyəti hesab etməyib:

“Qəbul planlarının 90 faizindən çoxunun dolması təhsil üçün yaxşı xəbərdir. Bəzi fənlərdə nəticələr ötən illərə nisbətən yuxarıdır”.

Sonra “Azərbaycan məktəblərində 85 min sinif var. Bunlardan 49 min sinifdə şagird sayı 20-dən azdır”-deyən nazir qeyd edib ki, 311 sinifdə şagird sayı 40-dan çoxdur. Bu da sinif sayının 0,4 faizini təşkil edir:

“Şagird sıxlığının pandemiya şəraitinə təşkil edəcəyinə inanmıram”.

Daha sonra “Müəllimlərin sertifikasiyası müəyyən qaydalarla tənzimlənir”-deyən nazir bildirib ki, bunun mahiyyəti çox sadədir:

“Müəllimlərin daim inkişafda olmasını, keyfiyyətli təhsil verməsini istəyirik. Məqsəd kimisə işdən azad etmək deyil. Ümid edirəm ki, qarşıdakı aylarda pandemik şərait sertifikasiyaya imkan yaradacaq. Yaxın gələcəkdə sertifikasiyanı keçirməyi planlaşdırırq”.

Etikxeber.az

Read Previous

“1-4-cü siniflər 22 sentyabrdan, 5-11-ci siniflər və ali məktəblər isə 29 sentyabrdan ənənəvi təhsilə başlayacaq”-TƏHSİL NAZİRİ – BRİFİNQ – YENİLƏNİB – (5)

Read Next

MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi və digər şəxslərin-MƏHKƏMƏSİ BAŞLAYIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir