Yaxın günlərdə büdcə müzakirələrinə başlanılacaq- ZİYAD SƏMƏDZADƏ

2018-cilin dövlət büdcəsinə dair qanun layihəsi artıq parlamentə daxil olub.

Etikxeber.az-ın xəbərinə görə,  bu barədə oktyabrın 19 Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin növbəti iclasında adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə  məlumat verib.

“Artıq büdcə zərfi parlamentdədir. Bir-iki günə bütün millət vəkillərinə, o cümlədən, komitəmizin üzvlərinə paylanılacaq. Mən xüsusilə, komitəmizin üzvlərini büdcə ilə bağlı təşkil olunacaq müzakirələrdə fəal olmağa səsləyirəm. Çox güman ki, bu ayın sonu, gələn ayın ilk günlərində digər komitələrlə birgə komitəmiz büdcə müzakirələrinə başlayacaq”-deyə, Z. Səmədzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Vacib xal qazandıq…”- QURBAN QURBANOV

Read Next

Sahibkarlara qarşı yoxlamaların dayandırılması 2021-ci ilə qədər uzadılır – KOMİTƏ SƏDRİ – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir