“Yaxın Şərqdə vəziyyət daha da kəskinləşə və təhdid yarada bilər…” – POLİTOLOQLAR

POLİTOLOQLAR ƏSƏD REJİMİNİN KİMYƏVİ SİLAHA ƏL ATMASININ VƏ BUNUN FONUNDA ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNİN GƏRGİNLƏŞMƏSİNİN  BÖLGƏYƏ CİDDİ TƏHDİD YARATDIĞINI BİLDİRİRLƏR

 
“Rusiya ilə ABŞ  Suriya münaqişəsinin həllində  ortaq məxrəcə gəlməsə,  Yaxın Şərqdə vəziyyət daha da kəskinləşə bilər və  proseslərin  kəskinləşməsi isə bütünlüklə bölgə üçün  daha ciddi  təhdidlər yaradar, yaradacaq”.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi və ABŞ-ın buna  kəskin reaksiya verməsi Suriya münasiqəsindəki proseslərin tənzimlənməsində tamamilə yeni bir  situasiya yaradıb. “ABŞ-ın bu addımı isə Rusiya  tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Hesab edirəm ki, proseslərin belə  məcrada davam  və inkişaf  etməsi bölgə üçün xeyirli deyil. Hadisələrin inkişafı bölgədə vəziyyətin daha da gərginləşməsinə  gətirib çıxara bilər”- deyə,  millət vəkili vurğualyıb. E.Nəsirov hesab edir ki,  hadisələrin   belə hal almasına  ABŞ-dakı daxili siyasətin də  müəyyən təsirləri olub: “Belə ki,  bu gün ABŞ cəmiyyətində Donald Trampa qarşı ciddi müxalifət  formalaşıb. Hətt, onun təmsil olunduğu partiyada belə ona qarşı çıxanlar var. Əgər hadisələr belə davam edəcəksə,  proseslərin gedişinin müəyyən mərhələsində Trampın impiçment məsələsi gündəmə də  gələ bilər. Ona görə də Tramp vəziyyəti öz xeyrinə dəyişmək üçün  belə bir prosesi başladıb”.  ABŞ dövlət katibi Reks Tillersonun Moskavaya səfəri və burada keçridiyi görüşlərə gəldikdə isə  millət vəkili deyib ki,  müzakirələr çox gərgin keçib: “Çünki Rusiya xarici işlər naziri Sergey Lavrovla  ABŞ dövlət katibi Tillerson arasındakı danışıqlar beş saat çəkib və bundan sonra Tillerson  Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu,  bir daha göstərir ki, tərəflər  Suriya məsləsində çox gərgin  müzakirələr aparıblar. Odur ki, Moskva danışıqları proseslərin daha da gərginləşəcyindən xəbər verir”. E.Nəsirov eyni zamanda deyib ki, ABŞ-la Rusiya arasında münasibətlərin gərginləşməsindən Ermənistan da ciddi narahatçılıq keçirir:“İrəvan hesab edir ki, ABŞ-la  Rusiya arasında münasibətlər daha da kəskinləşəcəyi təqdirdə, Rusiya qarşı sanksiyaların daha da sərtləşdirilməsi məsələsi gündəmə gələ bilər.  Ermənistan Rusiyanın ən yaxın müttəfiqi və iqtisadiyyatı bu ölkədən asılı olduğundan, ona da hansısa formada  zərbə dəyəcəyindən narahatdır. Odur ki, ermənilər  çıxılmaz vəziyyətə düşüblər”. Millət vəkili  əlavə edib ki, İrəvan həmçinin, yaranmış durumdan Azərbaycanın da istifadə edib öz torpaqlarını işğaldan istifadə etməsi məsələsini daha ciddi şəkildə gündəmə gətirməsindən narahatdır: “Bu, istisna deyil. Odur ki, ermənilər bunu yaxşı anlayır və  bununla bağlı narahatçılıqlarını dilə gətirirlər”.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, R. Tillersonun Rusiyaya ilk rəsmi səfəri iki ölkə arasındakı heç bir fundamental problemi həll etmədi. Buna baxmayaraq, dialoq rəsmən başladı və Rusiya prezidenti Vladimir Putin amerikalı diplomatı qəbul etdi:
“Halbuki, son saatlara qədər belə bir görüşün baş tutub-tutmayacağı bəlli deyildi. Bu görüş iki ölkə arasındakı prinsipial fərqi ortadan qaldırmır. Rusiya Əsədə dəstəyini davam etdirir, ABŞ isə onu devirməyə çalışacaq”. Politoloq əlavə edib ki, Əsədin qorunması Kremlə baha başa gəlir, həm maliyyəsi gedir, həm də Qərblə münasibətləri getdikdə gərginləşir: “Mənə elə gəlir ki, Kreml Əsədi öz ətrafından əvəz edə biləcək fiqur axtarışına başlaya bilər. Elə Tillerson da Moskvada bir cümləsiylə ona işarə etdi ki, Əsədin bir başqasıyla əvəz olunmasına etiraz etmirlər. Moskva üçün önəmli olan Əsədi əvəz edəcək şəxsin də Rusiya strateji tərəfdaşlığı davam etdirməsi, Rusiyanın bu ölkədədəki hərbi bazalarının varlığını sürdürməsidir. Məncə, Vaşinqton da buna etiraz etməz”.
Etikxeber.az

Read Previous

Prezidentən “Hacı Cavad məscidi” ilə bağlı GÖSTƏRİŞ

Read Next

Eks deputatın məhkəməsinə şahidlər məcburi gətiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir