“Yaxın zamanlarda məcburi köçkünlərimizi Ağalı kəndinə köçürəcəyik”-RÖVŞƏN RZAYEV

“Böyük qayıdış”ı həyata keçirməkdə ən böyük maneə mina problemidir.

Etikxeber.az-ın xəbərinə görə, bunu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Bildirib ki, artıq Zəngilan rayonunda Ağalı kəndinin tikintisi başa çatıb.

“Yaxın zamanlarda biz məcburi köçkünlərimizi ora köçürəcəyik”-deyən Rövşən Rzayev diqqətə çatdırıb ki, Azərbaycan uzun illər dünyada əhalisinin hər 10 nəfərindən 1-i qaçqın və ya məcburi köçkün olan yeganə ölkə olub.

Onun sözlərinə görə, məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi, vahid elektron məlumat bazasının yaradılması təmin olunub.

“Repatriasiya prosesinin çevik və şəffaflıqla aparılmasına imkan verən avtomatlaşdırılmış sistem yaradılıb. Məcburi köçkünlərin problemlərinin həllinə hər il 100 milyon manatlarla dövlət vəsaiti xərclənib”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Jurnalist Zahir Əmənov-SAXLANILDI…

Read Next

Giriş üçün COVID-19-a dair PCR testi tələbi-LƏĞV EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir