“Yaxşı düşünsünlər, zamanları getdikcə daralır…” – MİLLƏT VƏKİLİ

Regionda baş verən prosesləri qonşu dövlət və ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya da görür, izləyir. Bilir ki, əgər Azərbaycan işğal olunmuş torpaqlarında, Dağlıq Qarabağda və ona bitişik ərazilərdə  geniş müharibəyə başlayarsa, ermənilər tamamilə Qarabağdan çıxarılacaq. Bu halda ermənilərə, Ermənistan dəstək verə bilməyəcək. Düzdür, zamanında Rusiyanın Ermənistana himayədarlığı, böyük dəstəyi olub, ermənilərdən bu amildən, faktordan da geniş bəhrələnməyə, yararlanmğa çalışblar.

Bu günün özündə belə Rusiyada hələ də “bəlkə də qaytardılar” sevdası ilə yaşayanlar var, onların ermənilərə, Ermənistana dəstəyini də zaman-zaman görür, eşidir və müstəqil dövlət olaraq,  onlara qarşı mövqeyimizi də ortaya qoyuruq. Amma  bütövlükdə Rusiyanın dövlət, hökumət və parlament rəhbərliyi səviyyəsində bu gün Azərbaycana böyük rəğbət, əməkdaşlıq, tərəfdaşlıq istəkləri var. Onlar Ermənistandan daha çox Azərbaycanla əməkdaşlıqda, tərəfdaşlıqda maraqlıdırlar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

Bu baxımdan, millət vəkili hərb variantına keçiləcəyi təqdirdə, Rusiyanın Ermənistana, Dağlıq Qarabağ separatçılarına dəstəyini istisna edir.

“Birincisi ona görə ki, Azərbaycan başqasının deyil, öz torpaqlarını işğaldan azad edir və təmizləmə əməliyyatını öz sərhədləri çərçivəsində aparır. İkincisi isə dediyim kimi,  Rusiya-Azərbaycan münasibətləri bu gün 90-ci illərin əvvəlləri ilə müqayisədə çox yüksək səviyyədədir, hətta, münasibətlərin səviyyəsi müqayisəyəgəlməzdir, yerlə göy qədər fərq var. Bu səbəbdən də, Rusiya üçün güclü, qüdrətli, hər cəhətdən inkişaf etmiş, ən əsası başqa dövlətlərin daxili işlərinə müdaxilə etməyən Azərbaycan iflasa uğranmış Ermənistandan daha dəyərlidir, önəmlidir. Rusiyada bunu bilir, anlayır və qiymətləndirirlər.

Ancaq çox təəssüf ki, bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi, küçələrdən hakimiyyətə çevriliş yolu ilə gəlmiş Paşinyan hökuməti, Dağlıq Qarabağ separatçıları bunu görmür, anlamır, yəni, baş verə biləcək hadisələri görmək üçün kordurlar, ölkənin, sadə ermənilərini gələcəyini dərk etmirlər. Onlar üçün öz şəxsi maraqlarıdır, qulluqlarında dayandıqlarının, itaət etdiklərinin istəklərini yerinə yetirməkdir. 

azerrrrr

Konkret olaraq, Qarabağla bağlı ağzı köpüklənə-köpüklənə pafoslu, bəlağətli çıxışlar edən Paşinyan üçün hər şeydən önəmlisi hakimiyyəti əlində saxlamaqdır. Ancaq o anlamır ki, Azərbaycan müharibəyə başlayarsa, bu, onun hakimiyyətdən getməsini də sürətləndirəcək, tezləşdirəcək.  Hər halda seçim özlərinindir, ya Azərbaycanla razılığa gəlmək, Azərbaycanın şərtlərinə razı olmaq, işğala son qoymaq, işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarmaq, ya da öz fəlakətlərinə hazır olmaq…

Yaxşı düşünsünlər, zamanları getdikcə daralır, zaman onların əleyhinə işləyir…”-deyə, A. Badamov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bu gün Üzeyir Hacıbəylinin doğum – MİLLİ MUSİQİ GÜNÜDÜR

Read Next

Səhiyyə komitəsi də ilk iclasına başladı… – XEYLİ MƏSƏLƏLƏR VAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir