Yaxşı ki, Onu tanıdım…-KAMİL HƏMZƏOĞLU YAZIR

Yaşca məndən kiçik olsa da, Ona hər zaman ürəklə və ərklə Ablam deyirəm…

Çünki əsl Abladır…

Gəncəli, Millətinin Vəkili, gözəl ziyalı, əziz və dəyərli İnsan Pərvin Xanım, Pərvin Kərimzadə…

Düzünü deyim ki, Pərvin xanımı Millət Vəkili seçiləndən sonra tanımışam…

Ondan öncə heç bir şəxsi tanışlığımız olmayıb…

Parlamentdən tanımışam…

Amma tanıdığım gündən də hər zaman özümə, ailəmə, övladlarıma qarşı Ondan hörmət-izzət, sayğılı münasibət görümüşəm…

Hər zaman görəndə, görüşəndə də ilk sözü bu olub ki, “Gözəl qızların necədir…Allah saxlasın”.

Mən də Onu özümə doğmam, yaxınım, Bacım, Ablam bilmişəm…

Haqqında da kimdən soruşmusamsa, hamısı səmimi, xoş sözlər söyləyib… Hazırda Göyçayda vəzifədə işləyən dayım oğlunun da Universitetdə müəllimi olub…

Hər zaman görüşəndə deyir ki, Pərvin xanıma məndən salam söylə, Gözəl İnsandır, Gözəl Müəllimdir…

Bəli, Pərvin Xanım belə Xanımdır!

…Yeri gəlmişkən, İkinci Vətən Müharibəsi zamanı və tarixi Qələbəmizdən sonra Şəhid ailələri və Qazilərimizlə (eləcə də rəssam övladımla əlaqədar) bağlı dəfələrlə Ona ağız açmışam…

Bir dəfə də “yox” deməyib, əlindən gələni etməyə çalışıb və edib də…

Əziyyətini, zəhmətini halal etsin!

Və bu gün Onun doğum günüdür…

Özəl, əlamətdar günüdür…

Doğum günü, özəl günü mübarək olsun!

Yüz il sağlıqlı və huzurlu ömür yaşasın gözəl ailəsi ilə birlikdə!

Yaxşı ki, Onu tanıdım, tanımışam…

Allah var etsin, Allah qorusun!

Doğum günü bir daha mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Milli Məclisdə yaradılmış Korsika xalqına dəstək qrupu-BƏYANAT YAYDI

Read Next

“Müəyyən edilib ki, o, yaxın münasibətdə olduğu qadın tərəfindən ondan imtina edildiyinə və həmin qadının şəxsi həyatı ilə əlaqəli məsələlərə görə intihar edib…”-DİN-DƏN AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir