“Yaxşı olardı ki, həmkarlarım fikirlərimlə tam tanış olsun, sonra münasibət bildirsinlər” – TƏKZİB

“Bəzi mətbuat orqanlarında  fikirlərim təhrif olunub və bəzi  həmkarlarım da fikirlərimlə, əslində nə dediyimlə  tanış olmaya-olmaya ona münasibət bildiriblər”

“Mən demişəm ki, Bakı kəndlərində qızlar 14-15 yaşlarından, yəni, 8-9-cu siniflərdən kütləvi şəkildə məktəbdən çıxarılır, təhsildən yayındırılır. Mən deməmişəm ki, qızlar, ümumiyyətlə, təhsildən uzaqlaşdırılır. Bunlar tamamilə fərqli məsələlərdir və çox təəəssüflər olsun ki, mənim fikirlərim bəzi mətbu orqanlarda yanlış təqdim olunub, təhrif edilib”.

Bunu Etixeber.az-a açıqlamasında millət vəkili, akademik Gövhər Baxşəliyeva üzvü olduğu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin parlamentin payız sessiyası ilə  bağlı bu günlərdə keçirilən ilk iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərin təhrif olunmasına aydınlıq gətirərkən bildirib.

Millət vəkili bir daha bildirib ki, paytaxt Bakının kənd və qəsəbələrində qızların valideynləri tərəfindən 14-15 yaşlarından təhsildən yayındırılması problemi var.

“Bu, çox ciddi problemdir. Çox təəssüflər olsun ki, Bakımızın, paytaxtımızın bir addımlığında,  onun kənd və qəsəbələrində qızlarımız  valideynləri tərəfindən 8-9-cu siniflərdən təhsildən uzqalaşdırılır, bir çox hallarda da erkən nikahlara cəlb olunurlar.  Mən də komitə iclasında çıxışım zamanı məhz bu yöndə  narahatçılığımı vurğulamışam və mənim fikirlərim də  iki həmkarım tərəfindən təsdiqlənib, dəstəklənib. Mən bu gün də öz fikrimdə qalıram və qızların təhsildən yayındırılmasını çox  yanlış hal hesab edirəm. Hesab edirəm ki, bu ziyanlı və təhlükəli hal aradan qaldırılmalıdır. Qızlarımız normal təhsillərini davam etdirməlidirlər. Ancaq təəssüflər olsun,  bəzi mətbuat orqanlarında  mənim fikirlərim təhrif olunub və bəzi  həmkarlarım da fikirlərimlə, əslində nə dediyimlə  tanış olmaya-olmaya ona münasibət bildiriblər. Yaxşı olardı ki, onlar mənim fikirlərimlə tam tanış olsunlar, sonra münasibət bildirsinlər”-deyə, G. Baxşəliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

 

 

Read Previous

“Azərbaycan işğal faktı ilə heç zaman barışmayacaq” – MİLLƏT VƏKİLLƏRİ

Read Next

Prezident BMT-də milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir