Yayda hazırlanmasına qərar verildi – PAYIZDA İSƏ MÜZAKİRƏLƏRDƏN ÇIXARILDI…

“Pasiyentlərin hüquqları haqqında” qanun layihəsinə tibb işçiləri ilə bağlı məsələnin daxil edilməsi, yəni , “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” ayrıca qanunun qəbulu təklif edilmişdi. Səhiyyə Nazirliyi ilə bununla bağlı danışıqlar aparıldı. Belə qərara gəlindi ki, hazırda bu barədə ayrıca qanuna  ehtiyac yoxdur. 

Etikxeber.az məlumat verir ki, bunu bu gün parlamentin Səhiyyə komitəsinin iclasında Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova deyib.

A. Abbasova bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda bununla bağlı bir neçə maddə var: “Səhiyyə Nazirliyi ilə müzakirələrdə məhz “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda həmin maddələrin genişləndirilməsi məsləhət oldu”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Analar və uşaqlar arasında qan azlığı, anemiya artır… ” – KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Onkologiya Mərkəzə hər gün 1 200 nəfər müraciət edir…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir