Yaz sessiyası başa çatdı – BÜDCƏNİN İCRASI BİRİNCİ OXUNUŞDAN KEÇDİ

Kəndlərə qaz çəkilən zaman fərqli yanaşma müşahidə olunur.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

GANİRA-MM

Deputat deyib ki, hər hansı kəndə qaz veriləndə sovet dövründə qaz xətləri çəkilmiş insanların evlərinə qaz verilir, qaz sayğacı qoyulur: “Ancaq 10-15 il əvvəl tikilən evlərə qaz verilmir, deyirlər ki, bunun üçün həmin sakinlər özləri evlərinə qaz xətləri çəkməlidir. Belə ayrı-seçkilik etmək olmaz. Tovuz rayonunda kəndlərdə belə problemlər var”.

O, nəzərə çatdırıb ki, Tovuzda iki mədəniyyət evinin tikintisi yarımçıq qalıb: “Bu mədəniyyət obyektlərinin tikintisinin başa çatdırılmasına diqqət yetirmək lazımdır. Əks halda, yarımçıq tikililər də dağılacaq”.

elmira-2

Deputat Elmira Axundova isə sənədsiz evlərin sənədləşdirilməsini və beləliklə, müxtəlif vergilər formasında büdcəyə əlavə vəsaitlər cəlb edilməsini təklif edib. O, elektrik enerjisinə limitlərin ləğvi barədə həmkarı Fazil Mustafanın təklifini də dəstəkləyib.

E.Axundova sonra Masallı rayonunda 35-ə yaxın təmirsiz, qəzalı məktəb binası olduğunu xatırladıb: “Nədənsə son dövrlər rayonda məktəblər az tikilir. Digər tərəfdən, yeni tikilən məktəblərə texniki şərtlər verilmədiyindən, həmin məktəblər qazla təmin olunmayıb. Belə məktəblər respublikada yüzlərlədir. Müvafiq qurumların bu məsələyə diqqət yetirməsini təklif edirəm”.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da yaz sessiyası başa çatıb.

Qeyd edək ki, iyun ayında MM-in növbədənkərar iclaslarının müzakirəsi gözlənilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Paşinyanı vurun – AYDIN MİRZƏZADƏDƏN ŞOK SÖZLƏR

Read Next

Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılışı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir