Yaz sessiyasının sonuncu iclası nə vaxt keçiriləcək?

Dövlət büdcəsinin icrası gəlir: Parlamentin yaz sessiyası bitir…

Milli Məclisin (MM) yaz sessiyası başa çatır.

Etikxeber.az  məlumat verir ki, parlamentin 2019-cu il yaz sessiyasının sonuncu plenar iclası mayın 31-də keçiriləcək.

İclasda bir sıra qanun və məcəllələrə dəyişikliklərlə yanaşı, 2018-ci ilin dövlət büdcəsinin icrasına da baxılacaq.

Dövlət büdcəsinin icra ilə bağlı qanun layihəsinin yaxın günlərdə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi nəzərdə tutulur.

İclasda komitə üzvləri ilə yanaşı, bir sıra dövlət qurumlarının-komitə və nazirliklərin məsul şəxslərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı planlaşdırılır.

Şərifov dövlət büdcəsinin icrası ilə bağlı məlumat verəcək və millət vəkillərinin sual-təkliflərini cavablanıracaq.

 

samir-sarifov

Sonra qanun layihəsi MM-in sonuncu plenar iclasına çıxarılaraq, qəbul ediləcək.

Plenar iclasın sonunda da dövlət himnin oxunması və səslənməsi MM-in yaz sessiyası öz işini başa vuracaq.

İyun ayında isə MM-in ən azı iki növbədənkənar iclası keçiriləcək.

Növbədənkənar iclalarda və ya yaz sessiyasının sonuncu iclasında 2019-cu ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi, büdcənin xərclər hissəsinin artırılıb-artırılmayacağına gəlincə, hələlik bu yöndə dəqiq məlumat verilmir.

İyunun ayın sonlarında millət vəkilləri növbədənkənar iclasları başa çatdırıb, sentyabr ayının 15-nə kimi yay tətilinə yollanacaqlar.

Millət vəkilləri bir də sentyabr ayının 15-dən öz işinə start verəcək növbəti payız sessiyasının komitə iclaslarına qatılaraq, fəaliyyətlərini davam etdirəcəklər.

Büdcə sessiyası kimi tanınan payız sessiyası isə oktyabr ayının 1-də öz işinə start verəcək və dekabr ayının 29-30-da öz işini başa çatdıracaq.

Etikxeber.az

 

Read Previous

“Bu, ölkəmiz üçün olduqca əhəmiyyətlidir” – MİLLƏT VƏKİLİ

Read Next

“Bu, əlavə problem yaradır” – ƏLİ ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir