Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda qəhramanlıqla Şəhidlik zirvəsinə ucalan oğulların xatirəsinə həsr olunmuş növbəti kitabın-“QƏLƏBƏ MÜJDƏLİ VƏTƏN” kitabının təqdimatı keçirilib.
Qeyd edək ki, sözügedən kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızıdır.
Etikxeber.az xəbər verir ki, tədbiri giriş sözü ilə adıçəkilən Mərkəzin direktoru Nübar xanım açaraq, qonaqları salamlayıb.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar başlayıb.
Tədbirdə Şəhid ailələri, təhsil işçiləri, yerli ziyalılar və ictimaiyyət nümayəndələri iştirak və çıxış ediblər.
Çıxış edən hər bir natiq qəhraman oğullar haqqında qürur və iftixar hissi ilə danışıb.
Daha sonra müəllif Raziyə Kamilqızı tədbirin baş tutmasına görə Salyan rayon İcra Hakimiyyətinə, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə, Salyan rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə və kollektivinə, o cümlədən qonaqların hər birinə təşəkkürünü bildirib.
O, həmçinin, qonaqlara-tədbirin iştirakçılarına “QƏLƏBƏ MÜJDƏLİ VƏTƏN” kitabını təqdim və hədiyyə edib.
Sonda xatirə fotoları çəkdirilib.



Etikxeber.az