Yazda Türkiyə, Pakistan və Əfqanıstan liderlərinin üçtərəfli Zirvə görüşü keçiriləcək

Türkiyə tərəfi Pakistanla əməkdaşlıq əlaqələrini ikitərəfli və üçtərəfli formatda inkişaf etdirmək niyyətindədir.

Etikxeber.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri İmran Xan Ankarada keçirdikləri birgə mətbuat konfransında iki ölkə arasındakı münasibətlərin inkişaf dinamikasına dair fikir və mülahizələrini bölüşüblər.

Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qərarları yüksək dəyərləndirilib.

Məlumat verilib ki, Türkiyə, Pakistan və Əfqanıstan üçtərəfli Zirvə görüşünün mart ayından sonra İstanbulda keçirilməsi üçün razılıq əldə olunub.

Bundan başqa, vurğulanıb ki, terrorla mübarizə, təhsil, ticarət və digər sahələrdə əməkdaşlığın gucləndirilməsi üçün imkanlardan səmərəli istifadə olunmasına dair qərarlar verilib.

Əminliklə ifadə olunub ki, 2019-cu ildə Türkiyə-Pakistan münasibətlərində əməkdaşlığın inkişaf dinamikası daha sürətlə aparılacaq.

Etikxeber.az

Read Previous

“Gəlin, heç də hər şeydən gileylənməyək…” – KOMİTƏ SƏDRİ

Read Next

Luqte, Yonq və “Paris Sen-Jermen”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir