Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Həyat yoldaşım, iki oğlumun anası bu gecə böyrək çatışmazlığından dünyasını dəyişdi. O mənim əziyyətimi çox çəkmişdi, yazıçı arvadı olmaq, cəhənnəm qapıçısı işləməkdən çətindir, söz yox, amma Xan xanımı da olmaq şərəfdir”.
Etikxeber.az xəbər verir ki, bunu yazıçı Aydın Xan Əbilov öz “Facebook” statusunda yazıb.
O, yazıb ki, həyat yoldaşı mərhumənin öz vəsiyyətinə uyğun olaraq Lənkəranda anası və bu yaxınlarda rəhmətə gedən bacısının yanında torpağa tapşırılacaq.
“Dördüncü gün üç mərasimi orada olacaq. Bakıdakı dostlar üçün məclisin vaxtı və yeri dəqiqləşdiriləndən sonra elan ediləcək…”– deyə, o, daha sonra yazıb.
Allah rəhmət etsin!
Etikxeber.az