Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Biz hansı situasiyaya hazırıq ki?!
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Fazil Mustafa iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir (Azərbaycan) İES-də baş vermiş qəza ilə bağlı ölkənin zülmətə qərq olması, ölkə prezidentinin vəziyyətə operativ reaksiya göstərməsi, vəziyyətə nəzarəti üzərinə götürməsi fonunda bəzi qurumların yaranmış fövqəl, ekstremal situasiyaya hazır olmaması məsələsinə münasibətini bildirərkən deyib.
Millət vəkili bildirib ki, axırıncı hadisə də daxil olmaqla, son zamanlar yaşanan bəzi hadisələr bir çox məmurların, kadrların öz yerində olmadığını, vəzifələrinin məsuliyyətini anlamadıqlarını və anlamaq istəmdiklərini bir daha ortaya qoymuş oldu.
“Bir körpünü, bir yolu bağlayırsan, ölkə, paytaxt iflic vəziiyətinə düşür, insanlar zülm çəkir. Müharibə vəziyyətindəyik deyirik, amma ona hazırıqmı? Haradasa bir sığıcanaq varmı? Binalarda sığınacaq yerləri mövcuddurmu? Binaların altı dolu, nə həyət var, nə maşın saxlamaq, hərəkət etmək üçün yer… Bu yaxınlarda ölkədə sel, daşqın fəlakəti yaşandı, Göyçay rayonu az qala ikiyə bölündü, amma biz vəziyyətə hazırlıqlı olduqmu? Enerjidə də, ölkənin energetika sektorunda da, enerji təhlükəsizliyində də həmin vəziyyətdir… “Azərenerji” nə işlə məşğuldur, bilinmir…Tam iflic…Fərqli heç nə yoxdur…
Yazıq Mingəçevir neyləsin ki?! Onun da altı artıq boşalır, oradan o qədər qum-çınqıl çıxarılıb ki, şəhər artıq tab gətirmir…Biz ancaq pulu düşünürük, axırı da belə olur…Hər şeyi də çoxları kimi ürək ağrısı ilə seyr edirik, ekstremal vəziyyətlərdə insanlar necə hərəkər etməli, necə davranmalıdır, heç kim heç nə bilmir… Vəziyyət Allahın və prezidentin ümidinə qalır…İnsanlar ancaq Allahdan və ölkə rəhbərindən ümidlə gözləyirlər ki, qorxulu nəsə baş verməsin, yoxsa, hər şey bir-birinə qarışar…Bunlar tam məmur, kadr məsuliyyətsizliyinin göstəricisidir və onlar da layiqli cəzalarını almalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.
“Ölkə prezidentinin vəziyyətə əl qoyması ilə qısa zaman ərzində hər şey yoluna qoyuldu, insanlarımız nigarançılıqdan və intizardan qurtarıldı”
Millət vəkili Eldəniz Səlimov da gecə baş verənlərdən, bəzi qurumların ölkədə ekstremal, fövqəl situasiyaya hazır olmamasından, vəziyyəti düzgün anlamadıqlarından və qiymətləndirə bilməmələrindən narahatlıq ifadə edib:
“Gecə baş verənlər təbii ki, qəza hadisəsi idi. Düzdür, bəziləri bunu haqsızcasına baş yerlərə yozmağa, təxribatla, filanla əlaqələndirməyə cəhd etdi və etməkdədirlər, xüsusilə də, sosial şəbəkələrdə bu yöndə əsasız fikirlər səslənir, çoxları nə baş verdiyinin fərqinə varmadan həqiqətəuyğun olmayan mülahizələr səsləndirirlər, amma bilinən, reallıq və fakt odur ki, ölkədə vəziyyət tam nəzarətdədir. Xüsusilə, Azərbaycan prezidenti cənab Əliyev ölkədəki vəziyyətə tam nəzarət edir, hüquq-mühafizə orqanlarımız yenə həmişəki kimi ayaqdadırlar, ayıq-sayıqdırlar və təxribat ehtimalı sıfırın altındadır.
Yəni, Azərbaycan tam stabildir və kimsə də buna şübhə edə bilməz. Amma bəzi qurumlar və məmurlar var ki, ölkə prezidenti kimi vəziyyətə vaxtında, adekvat reaksiya verə bilmirlər. Onlar bu məsələdə də ölkə prezidentdən hələ çox şeylər öyrənməlidirlər. Bir şey nəzərə alınmalıdır ki, Azərbaycan müharibə vəziyyətindədir, 30 ildir ki, amansız və məkrli bir düşmənlə üz-üzəyik…Onlar hər şeydən yararlanmaq üçün an, fürsət gözləyirlər…Yenə deyirəm, ölkəmiz, sərhədlərimiz, təhlükəsizliyimiz əmin əllərdədir, amma müharibə gerçəkliyini də hələ anlamayanlar var.
Onlar anlamalıdırlar ki, hər şeyi prezidentin, hüquq-mühafizə orqanlarının, güc strukturlarının üzərinə atmaq olmaz, özləri də məsuliyyətlərini, vəzifələrinin məsuliyyətini anlayıb, dövlətə, xalqa, ölkə prezidentinə nəhayət, yardımçı, kömək olmalıdırlar… Əgər bunu etmək istəmirlərsə, çəkilib kənarda dayanmalıdırlar, “tormozlayıcı” olmamalıdırlar…
Güman edirəm ki, son hadisə onlara da bir dərs olacaq və gələcək addımlarında bunları mütləq nəzərə alacaqlar. Çox sevindirici haldır ki, ölkə prezidentinin də vəziyyətə əl qoyması ilə qısa zaman ərzində hər şey yoluna qoyuldu, insanlarımız nigarançılıqdan və intizardan qurtarıldı”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az