“Yazıqlar olsun!” – ƏRDOĞAN HİDDƏTLƏNDİ

Ərdoğan: Onlar qaçacaq, biz də qovalayacağıq

“Zeytun budağı” əməliyyatı çərçivəsində məhv edilən PKK, YPG, PYD-li və İŞİD-çi terrorçuların sayı 4 min 17 nəfərə çatıb.

Etikxeber.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Siirt şəhər təşkilatının konqresində çıxışı zamanı deyib.

O, qeyd edib ki,  son zamanlar Şimali İraqda məhv edilən terrorçuların sayı 327, ölkə daxilində zərərsizləşdirilən terrorçuların sayı isə 154 nəfərdir.

cumhurbaskani-erdogan-foto-iha-2_16_9_1523194951

“Nə demişdik, demişdik ki, haraya qaçarsanızsa, qaçın, haraya girərsənizsə, girin, biz də orada olacağıq. Biz eyni zamanda Siirtin huzurunu, təhlükəsizliyini təhdid edənləri qovalayacağıq. Onlar qaçacaq, biz qovalayacağıq. Siirti bölmək istəyənlərə fürsət verməyəcəyik. Yetər ki, Siirt ayaq üstündə dursun”-deyə, Ərdoğan qeyd edib.

Ərdoğan sonra deyib ki, türk, kürd, ərəb, zaza, laz və bu ölkədə yaşayan digərləri, 81 milyon Türkiyə vətəndaşı onun qardaşıdır.

Heç kimsə türkü ərəbdən, ərəbi kürddən, lazdan, çərkəzdəə üstün tutua bilməz. Onun üçün kimsə mənim tayfam (aşiretim-red), mənim əqrəbam-filan deməsin. Hamımız  bu ölkədə Türkiyə Cümhuriyyətinin bayrağı altında bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq və birlikdə Türkiyə olacağıq. Bunu bacaracağıq və bir – birimizi belə sevəcəyik”-deyə, Türkiyə prezidenti sonra sözlərinə əlavə edib.

Ərdoğan  bununla yanaşı, Bəşər Əsəd rejimini Doğu Gutada kimyəvi silahlardan istifadə etməklə, kütləvi qətliam həyata keçirməkdə ittihamlayıb və dünyanın buna səssiz qalmasından hiddətləndiyini bəyan edib:

“Sizlərə yazıqlar olsun!”

Etikxeber.az

Read Previous

Toyda da masa imtiyazı nəzərdə tutulur… MİLLƏT VƏKİLİ TOYLARIMZIDAN YAZDI

Read Next

“Köç etmək istəyən əfqan qaçqınların sayı 1 milyon 500 min nəfərdən artıqdır ki…” – YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir