Yazmayacaqdım, amma… – KAMİL HƏMZƏOĞLU YAZDI

İnanan inansın, inanmayan, dünəndən-heç inanmasın…

Gerçəkdən nəsə yazmayacaqdım, yazmaq fikrim də yoxuydu…

Amma görürəm ki, yenidən yalan-böhtan, şər-şamata başını alıb gedir…

Sahibə xanımı öncə qiyabi-uzqadan tanıyırdım, son 10 il müddətində isə yaxından tanıyıram, çox yaxından…

Aramızda çox gözəl insani, şəxsi münasibətlər var…

Hər zaman bir-birimizə hörmətlə yanaşmışıq…

Çox əxlaqlı, çox mənəviyyatlı, çox savadlı, təmizqanlı, vətənpərvər Azərbaycan-Türk xanımıdır…

Həmişə abırı-həyasi ilə seçilib, oyunlardan, intriqalardan… uzaq dayanıb…

Azərbaycanı son 10 illik (2010-2020-ci illər) deputatlıq fəaliyyəti dövründə AŞPA-da, “Avronest” PA-da layiqincə, ləyaqətlə təmsil edib…Böyük nüfuz-hörmət sahibi olub bu qurumlarda…

AŞPA-da komitə sədri olan yeganə azərbaycanlı deputat, həmçinin, qurumun Büro üzvü olan yeganə azərbaycanlı qadın olub…

Bunlara görə də AŞPA tərəfindən minnətdarlıq, təşəkkür bildirilib…

Daim Azərbaycan-Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdrılması üçün əlindən gələni əsirgəməyib…Parlamentdə də lazımi məqamlarda sözünü deyib, seçicilərinin, şəmkirlilərin problemlərini qabardıb…

Ailəsini, həyat yoldaşını-Hüseyn müəllimi də yaxından tanıyıram…Uzun illər BSU-da (keçmiş Axundov adına İnstitutda) bir yerdə çalışıblar…Sonra Hüseyn müəllim təhsil-elm sahəsindən uzaqlaşıb…Əslən şəkilidir…

İkisi də də çox mədəni, əsl aristokrat insanlardır…İki övladları-oğlanları var…Çox savadlı, tərbiyəli…Bu günə qədər də heç bir məsələ ilə bağlı gündəmə gəlməyiblər…Bu, mümkün də deyil…

Sadəcə, kimlərsə, məkrli insanlar, bir müddət öncə qəsdən onun adını “Primakov-esse” olayına qatmaq, Sahibə xanıma qarşı qara piar təşkil etmək cəhdində bulundu…Və tezliklə də cavabını aldı, ifşa olundu…

Odur ki, Sahibə xanımı tanımadan, bilmədən onu haqqında əyər-əskik nəsə yazmaq düzgün deyil, heç düzgün deyil…

Yazmayacaqdım, amma yazdım…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az saytının rəhbəri, “525-ci qəzet”-in parlament müxbiri

Read Previous

DTX Gömrük İdarəsinin rəis müavinini və daha iki nəfəri-HƏBS ETDİ – RƏSMİ

Read Next

Fəttah Heydərov sədr müavinliyindən getdi-AMMA KOMİSSİYA SƏDRLİYİNDƏ QALDI, AĞACAN ABİYEVİ İSƏ ELDAR İBRAHİMOV ƏVƏZLƏDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir