Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Növbəti-yeddinci cağırış Milli Məclisə seçkilər necə deyərlər, qapının astanasındadır.
Yaxın günlərdə ölkə Prezidenti (eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının sədri) İlham Əliyevin seçkilərin tarixi ilə bağlı Sərəncam verəcəyi gözlənilir.
Seçkilərin isə sentyabr-noyabr aylarına təyin olunması ehtimal olunur.
Qeyd edək ki, sentyabrın sonu, oktyabrın əvvəllində növbəti payız (daha çox büdcə sessiyası) başlayacaq və çox güman ki, həmin sessiya yeni tərkibli parlamentlə öz işinə start verəcək.
Bu baxımdan, seçkilərin sentyabrda keçirilməsi daha çox gözlənilən və ehtimalolunandır.
Eyni zamanda qeyd edək ki, seçkilərin vaxtı təyin edildikdən, seçki günü bəlli olduqdan, seçki kampaniyasına start verildikdən sonra ölkədə fəaliyyət göstərən və seçkilərdə iştirak etmək istəyən partiyalar öz namizədlər siyahısını açıqlayacaqlar.
İlk növbədə də parlamentdə böyük çoxluğa malik olan hakim YAP öz namizədlər siyahısı açıqlayacaq.
Bu yerdə onu da qeyd edək ki, MM-də 125 millət vəkili təmsil olunur.
Ancaq bəzi millət vəkillərinin dünyasını dəyişməsi, bəzi millət vəkillərinin rəhbər vəzifələrə təyin oluması-deputatlıq səlahiyyətlərinə xitam verilməsi, bəzi dairələrdə isə təkrar seçkilərin keçirilməməsi ilə bağlı hazırda MM-də deputatların sayı 125-dən aşağıdır.
Hakim YAP son seçkilərdə parlamentdə 70 yer qazansa da, indi təmsilçilərinin sayı 68-dir.
Və hazırda mandat daşıyan YAP-çı millət vəkilləri bunlardır:
Eldar İbrahimov, Sahibə Qafarova, Tahir Rzayev, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Müşfiq Cəfərov, Musa Quliyev, Azər Badamov, Cavanşir Paşazadə, Əli Hüseynli, Oqtay Əsədov, Kamal Cəfərov, Anar Məmmədov, Ağalar Vəliyev, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Ülviyyə Həmzəyeva, Cəbi Quliyev, Vasif Talıbov, Ziyafət Əsgərov, Siyavuş Novruzov, Bəxtiyar Sadıqov, İlham Məmmədov, Nəsib Məhəməliyev, Fatma Yıldırım, Səməd Seyidov, Aqiyə Naxçıvanlı, İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Elman Məmmədov, Mixail Zabelin, Sadiq Qurbanov, Hicran Hüseynova, Aydın Mirzəzadə, Aydın Hüseynov, Kamran Bayramov, Nizami Cəfərov, Əziz Ələkbərov, Elşad Mirbəşir, Sevinc Fətəliyeva, Emin Hacıyev, Sevinc Hüseynova, İsa Həbibbəyli, Ramil Həsən, Malik Həsənov, Afət Həsənova, Anar İsgəndərov, Vüqar İskəndərov, Şahin İsmayılov, Kəmaləddin Qafarov, Rəşad Mahmudov, Tahir Mirkişili, Müşfiq Məmmədli, Aqil Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Elman Nəsirov, Cavid Osmanov, Anatoliy Rafailov, Əliabbas Salahzadə, Nizami Səfərov, Sədaqət Vəliyeva, Hikmət Məmmədov, Səbinə Xasayeva, Nurlan Həsənov, Əhliman Əmiraslanov, Mahir Abbaszadə və Kamaləddin Qafarov.
Təbii ki, hər bir seçkidə olduğu kimi, bu seçkidə də namizdələrlə bağlı dəyişikliklərin, yeniliklərin ediləcəyi istisna deyil və gözləniləndir.
Namizədlik məsələsində də heç şübhəsiz ki, nüfuz, sədaqət, seçicilərlə və parlamentdə uğurlu fəaliyyət, o cümlədən, yaş məsələsi və digər məqamlar, faktorlar öz rolunu oynayacaq.
Bu baxımdan yuxarıda adları çəkilən millət vəkillərindən bir çoxunun növbəti dəfə namizədliyinin irəli sürülməyəcəyi gözlənilən və ehtimalolunandır.


Odur ki, 68 millət vəkilindən kimlərin namizədliyinin irəli sürüləcəyi, kimlərin namizdədliyinin irəli sürülməyəcəyi ilə bağlı ilkin 3 qruplaşdırma aparmaq mümkündür.
Namizdədliyinin yenidən irəli sürüləcəyi daha çox ehtimal olunanlar:
Sahibə Qafarova, Əli Hüseynli, Səməd Seyidov, Musa Quliyev, Pərvin Kərimzadə, Kamal Cəfərov, Aydın Hüseynov, Ceyhun Məmmədov, Tahir Mirkişili, Elşad Mirbəşir, Rəşad Mahmudov, Nizami Səfərov, Sadiq Qurbanov, Anar İsgəndərov, Əziz Ələkbərov, Fatma Yıldırım, Sevinc Fətəliyeva, Ziyafət Əsgərov, Anatoliy Rafailov.
Namizdəliyinin irəli sürülməsi qismən ehtimal olunanlar:
Eldar İbrahimov, Aydın Mirzəzadə, Tahir Rzayev, Azər Badamov, Naqif Həmzəyev, Müşfiq Cəfərov, Hikmət Məmmədov, Elman Nəsirov, Əhliman Əmiraslanov, Kamilə Əliyeva, Sevinc Hüseynova, Rauf Əliyev, Ülviyyə Həmzəyeva, Anar Məmmədov, Afət Həsənova, Məşhur Məmmədov, Vüqar İskəndərov, Ramil Həsən, Mixail Zabelin, Ağalar Vəliyev, Kamran Bayramov.
Namizədliyinin irəli sürülməyəcəyi daha çox ehtimal edilənlər:
Bəxtiyar Sadıqov, İmamverdi İsmayılov, Səbinə Xasayeva, Vasif Talıbov, Əliabbas Salahzadə, Elman Məmmədov, Kamaləddin Qafarov, İqbal Məmmədov, Cavid Osmanov, Nizami Cəfərov, Nəsib Məhəməliyev, Emin Hacıyev, Hicran Hüseynova, Aqiyə Naxçıvanlı, Oqtay Əsədov, Cavanşir Paşazadə, Mahir Abbaszadə, Məlahət İbrahimqızı, Cəbi Quliyev, İsa Həbibbəyli, Malik Həsənov, İlham Məmmədov, Sədaqət Vəliyeva, Şahin İsmaylov, Siyavuş Novruzov, Nurlan Həsənov, Aqil Məmmədov, Müşfiq Məmmədli.
Hər halda bunlar ilkin ehtimallar, versiyalardır.
Özünü doğrulda da bilər, doğrultmaya da.
Siyasətdə hər şey mümkündür.
Və hər şeyi yaxın gələcək, ölkə və YAP rəhbərliyinin, YAP İdarə Heyətinin verəcəyi qərar, açıqlayacağı siyahı göstərəcək.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az