Yel bu dəfə də qayadan heç apara bilmədi…-KAMİL HƏMZƏOĞLU YAZDI

Milli Məclisin sədri, professor Sahibə xanım Qafarovanı 12 ildir ki, əyani şəkildə və çox yaxından tanıyıram…

Və hər kəs mənim ona şəxsi münasibətimi, təmənnasız hörmət, ehtiram və rəğbətimi bilir…

Çünki heç zaman heç kimə qarşı qeyri-səmimi olmamışam, heç nəyi-rəğbətimi də, mənfi münasibətimi də kiməsə, nəyəsə görə gizlətməmişəm…

Hər kəsə qarşı açıq və dürüst olmuşam…

Və Sahibə xanımı hər zaman, xüsusilə, 12 illik millət vəkilliyi və son iki ildə spikerliyi dönəmində Vətəninə, Dövlətinə, Millətinə bağlı insan, ziyalı, siyasətçi və dövlət adamı kimi tanımışam…

Həmişə, hər zaman, hər yerdə, bütün kürsülərdə və müstəvilərdə daim milli və dövlət maraqlarını hər şeydən üstün tutub, var gücü ilə dövlətinə, dövlətçiliyinə, daşııdığı dəyərlərə, mənsub olduğu komandaya, siyasi kursa sədaqətlə, səmimiyyətlə xidmət edib…

Bunu elə onu sevənlər də, sevməyənlər də yaxşı bilir…

Ancaq görünür bir çoxlarını hələ də Sahibə xanımın, bir Azərbaycan xanımının spiker olması və öz fəaliyyətini daim demokratik prinsiplər üzərində qurması narahar edir, qıcıqlandırır…

Və onlar hər fürsətdə xanım Qafarovaya qarşı qarayaxama, böhtan kampaniyasına başlamaq üzrə əmrə müntəzir vəziyyətdə olur, dayanırlar…

Və hər dəfə də yalan, böhtan…oxları daşa dəyir, bumeranq effekti verir və özlərinə qayıdır…

Hər şey sabun köpüyü kimi bir andaca buxarlanıb yox olur…

Xanım Qafarova bu gün, 29 mart tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddialarına olduqca tutarlı və arqumentli cavab verib, növbəti erməni yalanını hər kəsin gözü qarşısında ifşa edib.

Və çıxışında-cavabında bilmədən texnika səhvə yol verib, “SSR” sözünü işlədib…

Burada da təəccüblü, qeyri-adi heç nə yoxdur, çünki əsas mahiyyət, məzmundur…

Ancaq indi Mill Məclisin sədrinin arqumentli, tutarlı, erməni yalanını ifşa edən, milli maraqlara cavab verən çıxış-cavabı bir kənara qoyulub, bəzi klaviatura qəhrəmanları…tərəfindən həmin texniki səhvdən yapışılıb, xanım Qafarovaya qarşı kin, qəzəb, iftira… püskürdülməkdədir…

Onları Azərbaycanın milli maraqlarına cavab verən, erməni yalanını ifşa edən mövqe deyil, sadəcə, texnik səhv maraqlandırır…

Onlara öz kinlərini, öz qəzəblərini, öz qərəzlərini…püskürmək üçün, sadəcə, bir səhvdən yapışmaq və bütün dəyərləri ayaqlar atltına alıb tapdalamaq maraqlıdır…

Onları nə milli, nə də dövlət maraqları maraqlandırır…

Onları yalnız dar, cılız, çürük…maraqları düşündürür…

Amma bu dəfə də istəklərinə nail ola bilmədilər və bilməyəcəklər…

Riyaziyyatda iki vuraq iki dörd etdiyi və ya toplananların yeri dəyişsə də, cəm dəyişmədiyi kimi, Azərbaycanın milli və dövlət maraqlarına cavab verən çıxış-cavabı da oyan-bu yana çəkmək, təhrif etmək mümkün olmayacaq, onun ətrafında “stəkanda fırtına qoparmaq” niyyətləri öz hədəfinə ulaşmayacaq, çatmayacaq…

Yel bu dəfə də qayadan heç nə apara bilməyəcək…

Sahibə xanımın üzərinə yağdırılmağa çalışılan çamur, böhtan və iftira seli yenidən bumeranq kimi həmin kin və qəzəb püskürənlərin, içi xıltla dolu olanların özlərinə qayıdacaq, özləri həmin seldə boğulacaqlar!

***

Və…

Son iki illik spikerliyi dövründə Sahibə xanım, onun müdafiəsi ilə bağlı səhv etmirəmsə, altı yazı yazmışam, bu yazım isə yedinci və artıq sonuncu yazım olacaq.

Və bu yerdə təəssüfümü də bildirmək istəyirəm…

Belə ki daim özlərini iqtidarçı, dövlətçi kimi göstərməyn çalışan əksər media mənsubları yenə “müdrikcəsinə” susmaqda, özlərini görməməzliyə vurmaqdadırlar…

Sanki heç nə görməyib, heç nə eşitməyiblər…

Çox təəssüflər və əfsuslar olsun!

Son olaraq-Sahibə xanıma fəaliyyətində növbəti uğurlar və nailiyyətlər arzulayıram!

Allah Dövlətimizi, Millətimizi, Azərbaycanımız və onun uğrunda çalışanları qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakının İkinci Vətən Müharibəsi Şəhidləri: VÜSAL TEYMUROV VƏ ELVİN ABASOV…BİR DAHA AİLƏLƏRİNİ ZİYARƏT ETDİM, BİR DAHA ŞƏHİDLƏRİMİZİN RUHLARI QARŞISINDA BAŞ ƏYDİM…-FOTOLAR – YENİLƏNİB

Read Next

Zelenski bu dəfə Avstraliya parlamentində-ÇIXIŞ EDƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir