Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu səhər ATƏT-in uzunmüddətli müşahidəçilərilə görüşdüm.Görüşü də özləri istədilər, ofisimizə gəldilər. Hər şeyi onlara dedim və göstərdim. MSK-ya şikayətimin nüsxəsini də onlara verdim. Bu arada, şikayət etdiyim və nəticələrinin ləğv olunmasını xahiş etdiyim məntəqələrin sayı 5-dən 8-ə yüksəldi (daha 3 məntəqədə pozuntuların olduğunu sonradan gördüm, protokolları gec aldığımıza görə). Müşahidəçilərimizin aktlarını, aldığım səslərin gerçək sayıyla MSK-nın elan etdiyi səslər arasında fərqi, eləcə də başqa sübutları şikayətimə əlavə etdim.
Etikxeber.az-ın xəbərinə görə, bunu 16 saylı Seçki Dairəsinin qalibi Erkin Qədirli deyib.
“Bu məntəqələrin nəticələri ləğv olunarsa, yerdə qalan səslərlə mən yenə də udmuş sayılaram. Qanuna görə, məntəqələri 2/5-in nəticələri ləğv olunarsa, dairənin nəticələri ləğv olunmalıdır. Mənim dairəmdə məntəqələrin 2/5-in sayı 12-dir. Mən 8 məntəqədən şikayət edirəm. Orada, səsverməyə gəlmiş seçicilərin sayını artırmaq üçün, hamının səsini artırıblar. Mən o məntəqələri onsuz da udmuşam, amma şişirdilmiş rəqəmləri qəbul edəsi deyiləm”-deyə, E. Qədirli sözlərinə əlavə edib.
Etikxeber.az