Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakının Nizami rayonu, Qara Qarayev prospektində yanğın baş verib.
Etikxeber.az xəbər verir ki, hadisə metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı “Ağ çiçəyim” gül dükanında qeydə alınıb.
Bununla əlaqədar əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri cəlb edilib.
Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da ərazidə müvafiq tədbirlər görür.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda qeyd edilir ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Bakı Nəqliyyat Agentliyindən (BNA) isə bildirilib ki, hadisə ilə bağlı əraziyə yanğınsöndürən və digər operativ nəqliyyat vasitələri cəlb edilib.
Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var.
Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədilə BNA-nın əməkdaşları ərazidə müvafiq tədbirlər görür.
Etikxeber.az