“Yenə də “Azərbaycanın çətinliyi var” deyilərsə…” – TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ

Azərbaycanla siyasi və iqtisadi əlaqələrimiz çoxşaxəlidir. “Bir millət, iki dövlət” kəlamı hər sahədə əməkdaşlığımızda özünü göstərir. Hədəfimiz bu əlaqələri daha da inkişaf etdirməkdir.

Etikxeber.az xəbər verir ki, bu sözləri Türkiyənin “Anadolu” xəbər agentliyinə müsahibəsində Bakıda səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib: “Azərbaycanda sabitliyin artması bizi nə qədər xoşbəxt edirsə, Türkiyədə olan əmin-amanlığın da azərbaycanlıları o qədər sevindirdiyini bilirik. İki ölkə olaraq biz birlik və bərabərlik içindəyik”.

Çox əlamətdar bir gündə Bakıda olduğunu söyləyən F.Oktay 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə əlaqələrində olduqca vacib yer tutduğunu qeyd edib. 1918-ci il hadisələrini xatırladan F.Oktay deyib:

“O zamanlar Osmanlı dövləti üçün ağır olmasına baxmayaraq, Qafqaz İslam Ordusu Bakıya göndərilib. Bu gün də “Azərbaycanın çətinliyi var” deyilərsə, eyni hadisənin tərəddüdsüz təkrarlanacağına şübhə duymuram”.

Etikxeber.az

Read Previous

Komandamız 7-ci arena polo üzrə dünya kubokunun qalibi oldu – FOTOLAR

Read Next

“28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi…” – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir