YENİ “ASİYA AÇILIMI” SON QOPMA NÖQTƏSİDİR?! – Baxış

Ankara ABŞ-ın dediyini etməsə də, bu ölkə ilə ipləri tam qırmır.

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan və xarici işlər naziri Mövlüd Çavuşoğlu son günlər düşünülmüş incə siyasət yürüdürlər.

Hər ikisinin dediklərini ümumiləşdirsək bu alınır: “ABŞ prezidenti Donald Tramp yaxşıdır, Konqres isə pis və ümid edirik ki, Ağ Ev yaxşı sahibi Türkiyə əleyhinə sanksiya qərarlarının qüvvəyə minəcəyinə şərait yaratmayacaq”.

Ərdoğanla Çavuşoğlu haqlıdır, Trampın açıqlamalarından hiss olunurur ki, o Ankaranın Rusiyadan raketlər almasına və Suriyaya Vaşinqtonun rəyinə nəzərə almadan hərbi müdaxiləyə hazırlaşmasına baxmayaraq, Türkiyəyə simpatiya ilə yanaşır.

Ağ Ev sahibi Rusiya və Çindən fərqli olaraq keçmiş müttəfiqinə qarşı sanksiya tətbiq etmək istəmir. Ancaq Konqresin Türkiyəyə sanksiya mövzusunda Trampa təzyiqi getdikcə artır və konqresmenlərin əsas arqumenti budur:

“Bu gün sözümüzə baxmayan Türkiyəni cəzalandırmasaq, sabah digərləri də sözümüzə baxmayacaq”.

Trampın bu çətin vəziyyətdə hansı qərar verəcəyini söyləmək çətindir.

O Türkiyənin Rusiyadan raketlər almasını unutmaq istəyir, ancaq qarşıda prezident seçkisi var və o Konqresdəki tərəfdarlarının rəyini də qulaqardına vura bilməz. Ona görə də Ankara ən pis ssenariyə hazırlaşmalıdır.

Təsadüfi deyil ki, Mövlud Çavuşoqlu Türkiyənin xarici ölkələrdəki səfirləri ilə birgə toplantıda çıxışı zamanı xarici siyasətdə yeni istiqaməti göstərdi: “Asiya açılımı”.

Başqa sözlə “Qərbdəki müttəfiqlərimizdən bir şey çıxmadı və onlar düşmənlərimizin (PKK, FETÖ) yanında yer aldılar, ona görə yeni dostlarımızla əlaqələri genişləndirək”.

Ancaq Rusiyanın və Çinin timsalında bu yeni dostlara etibar etmək olarmı?

Bu suallar gələcək illərdə daha da aktuallaşacaq.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

 

Read Previous

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları – NƏTİCƏLƏR

Read Next

“Azəriqaz” bu dəfə İmişli və Saatlını qazsız qoydu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir