“Yeni Azərbaycan dastanı” sənədli filminin təqdimatı – GƏNC VƏ İCTİMAİ FƏALIN NÖVBƏTİ UĞURU

KƏNAN HƏMZƏOĞLU “XƏMSƏ”NİN NÖVBƏTİ FİLMİNİ TƏQDİM ETDİ

Gənc və ictimai fəal, “Qaraxanlı Tarix Klubu”nun təsisçisi və rəhbəri Kənan Həmzəoğlu “Xəmsə” sənədli filmlər seriyasına daxil olan, mərhum Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Yeni Azərbaycan dastanı” sənədli filminin təqdimatını edib.

Etikxeber.az xəbər verir ki, film Suraxanı Gənclər Evi və Azərbaycan Gənclik Platformasının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans zamanı təqdim edilib.

Tədbir zamanı Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova, Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev, filologiya elmlər doktoru İmaməddin Zəkiyev və Qaraxanlı Tarix Klubunun rəhbəri Kənan Həmzəoğlu iştirak edərək, Heydər Əliyev irsinin təbliğinin vacibliyini vurğulayıblar.

Sonda tədbirdə fəal iştirak edən gənclərə sertifikat təqdim olunub və qonaqlarla xatirə şəkili çəkdirilib.

Xatırladaq ki, buna qədər Kənan Həmzəoğlu müəllifi olduğu “Xəmsə” sənədli filmlər seriyasına daxil olan “Məhrumiyyətdən hürriyyətə” və “Qanlı oldar yurdu” filmlərinin təqdimatını keçirib.

Onu da qeyd edək ki, müəllif bu filmləri öz şəxsi vəsaiti və imkanları hesabına ərsəyə gətirib.

FİLMİN LİNKİ: https://www.youtube.com/watch?v=HLnDF6eIfj0&t=692s

 

Etikxeber.az

 

 

 

 

Read Previous

“Ədəbi, elmi oğurluqlar, sənət mənimsəmələri adi hal alıb” və ya “NİGARANÇILIQ” – MİLLƏT VƏKİLİ YAZDI

Read Next

“Daha səliqəli oynamağa çalışmalıyıq…” – QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir