Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
AŞPA Nazirlər Komitəsinin sədri: Mədəniyyətlərarası dialoq daim üzv dövlətlərin diqqətində olmalıdır
AŞPA Nazirlər Komitəsinin sədri, Xorvatiyanın baş nazir müavini, xarici və avropa işləri naziri Marija Prjcinovic Buric AŞPA-da geniş çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.
Etikxeber.az-ın xəbərinə görə, AŞPA-nın 6 siyasi qrupundan biri olan Azad Demokratlar Qrupu adından vitse-prezident, Azərbaycanın AŞPA-dakı nnümayəndə heyətinin üzvü Qənirə Paşayeva sual verib.
O, bu gün Avropada artan İslamafobiya, ksenofobiya fonunda vacib məsələ olan mədəniyyətlərarası, dinlərarası diaqloqla bağlı sualını ünvanlayıb,Nazirlər Komitəsinin bu məsələlərlə bağlı gördüyü işlər və atacağı addımlarla bağlı fikirlər bilrdirməsini istəyib:
“Suallarım çox mühüm məsələlərdən biri olan mədəniyyətlərarası dialoqla bağlıdır. Avropa Şurası ərazisində mədəniyyətlərarası dialoqun aparılması üçün siyasətin əsasını hansı dəyərlərin təşkil etməsi vacibdir? “Yeni dəyərlər”ə ehtiyac varmı? Mədəniyyətlərarası dialoqu təşviq edən fəaliyyətlərə maksimum təsiri əldə etmək məqsədilə Avropa Şurası başqa beynəlxalq təşkilatlarla necə əməkdaşlıq etməlidir?”
Sualın cavabında Buric bildirib ki, o, çıxışında da bu məsələyə geniş yer ayırıb, çünki, bu, bütün Avropa üçün çox önəmli bir mövzudur:
“Ona görə bir daha vurğulamaq istəyirəm ki, xüsusən üzv ölkələrdə bu mövzuya geniş yer verilməlidir. Təhsil vasitəsi ilə, gənclərlə bu mövzuda daha geniş iş aparmaqla, mədəniyyət vasitəsi ilə”- deyən Nazirlər Komitəsi sədri bildirib ki mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir və həm Avropa Şurası təşkilatlarında, həm də üzv ölkələrdə bu mövzu daim diqqətdə olmalıdır.
Sonra millət vəkili Q.Paşayevanın Buriclə qısa görüşü də olub. Xanım Buriç ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinin məminiyyətverici olduğunu deyib.
Q.Paşayeva da öz növbəsində bildirib ki, Azərbaycan bütün istiqamətlərdə Xorvatiya ilə əməkdaşlığın inkişafında maraqlıdır və Azərbaycan prezidentinin rəhbərliyi ilə bu istiqamətdə bir çox addımlar atılır.
Parlamentləarası əməkdaşlığın da genişləndiyini vurğulayan millət vəkili Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi böyük önəmi də xüsusi vurğulayıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az