“Yeni doğulan uşağa görə 500 manat verilsin” – ƏLİ MƏSİMLİ

Yeni doğulan uşağa görə 200 manat yox, 500 manat vermək lazımdır.

Etikxeber.az xəbər verir ki, bu təkliflə deputat Əli Məsimli parlamentdə çıxış edib.

Millət vəkili  qeyd edib ki, mətbuatda uşaq pulu məsələsi haqqında məlumatlar yayılır:

“Əgər hökumət hazırda uşaq pulu məsələsini həll edə bilmirsə, yeni doğulan uşaqlar üçün ödənilən 200 manat məbləği 500 manata qaldırmaqla bu məsələni kompensasiya etmək olar. Bunun üçün büdcədən 35 milyon vəsait ayrılsa, bəs edir. Biz bu məsələyə uşaqların sayının artması baxımından deyil, sağlam uşaq nəzərindən baxmalıyıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Eldəniz Səlimovdan – XAÇMAZLA BAĞLI ÖNƏMLİ TƏKLİFLƏR

Read Next

“80 yaş və ondan yuxarı olanlara dərmanlar pulsuz verilsin” – ELMİRA AXUNDOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir