Yeni doğulan uşaqlarla bağlı – YENİ XƏBƏR

Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinətin artırılması nəzərdə tutulur. Sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim edəcəyik. Bu məsələ üzərində iş gedir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

korpe-usaq-full-liderxeber-640

idrisss

İ. İsayevin qeyd etdiyinə görə, müavinətləri haqqı çatan ailələlər almalıdır.

O, qeyd edib, növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ünvanlı sosial yardım proqramına 172 milyon manat vəsait sərf ediləcək.

İ.İsayevin sözlərinə gör, əlilliyin təyin edilməsi ilə bağlı mütərrəqi addımlar atılıb, geriyə qayıtmaq olmaz, daha da təkmilləşdirmək lazımdır.

Nazir müavini bildirib ki,  əlilin təkrar iki komissiyadan keçməsinə ehtiyac yoxdur.

“Onsuz da bunlar Səhiyyə Nazirliyinin tibb müəssisələrində müayinədən keçirlər. Hazırda əliliyin müəyyənləşdirilməsində neqativ hallar aradan qaldırılıb. Pensiya təminatı sistemində əlillərin sayı 30 faizin üzərindədir. Bu, dünyanın heç bir ölkəsində yoxdur. Diqqət etsəniz, görərsiniz ki, onların arasında II və III qrup əlillərin sayı çoxdur. Çünki onlar əlillik alıblar ki, pensiya təminatından istifadə etsinlər. Siz deputatların, ötən ilin iyulun 1-də qanuna etdiyiniz dəyişikliyə əsasən, II və III qrup əlillər bu imkanı əldə etmirlər. Hazırda II və III qrup əllik təyin edilən insanların sayı minimumdur. Onlar minimum sığorta kapitalı yığmasalar, həmin insanlara pensiya təyin edilmir. I qrup əlliliyin təyin edilməsində də müəyyən neqativ hallar var, bunun qarşısını da almaq üçün araşdırmalar aparırıq. Kimin hüququ çatmırsa, yanlış əlillik təyin edilibsə, onların əlilliyinə yenidən baxılacaq”-deyə, İ. İsayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 

Etikxeber.az

 

Read Previous

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində heç bir ixtisar olmayacaq – İDRİS İSAYEV

Read Next

Qanun “səmərəli” olmadı, “effektiv” olacaqmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir