Yeni hökumətin tərkibi elan edilib

Rumıniya Sosial-Demokrat Partiyasının lideri, liberallar və demokratlar alyansının rəhbəri Liviu Draqnya və ölkənin Baş naziri təyin edilmiş Sorin Qrindyanu keçirdikləri mətbuat konfransında hökumətin yeni tərkibini elan ediblər.

Etikxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, yeni ikipartiyalı kabinetdə xarici işlər naziri vəzifəsi Teodor Maleşkanuya həvalə edilib. O, artıq dörd dəfə bu vəzifədə çalışıb, həmçinin Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib.

Əvvəllər Milli Müdafiə Nazirliyində silahlanma üzrə dövlət katibi işləmiş Qabriel Leş ölkənin milli müdafiə naziri vəzifəsini tutacaq. Ədliyyə naziri vəzifəsində isə Deputatlar Palatasının keçmiş spikeri Florin Yordake çalışacaq.

Etikxeber.az

Read Previous

Qırğızıstan vətəndaşı İstanbuldakı terror aktı ilə əlaqəli olmasını təkzib etdi – FOTO

Read Next

“REİNA” İSTİNTAQINDAKI ZİDDİYYƏTLƏR: QATİL NİYƏ AZADLIQDADIR?! – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir