Yeni ilin ilk günündə 63 cinayət faktı qeydə alındı – DİN

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.

Etikxeber.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarışda olduğuna görə 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Etikxeber.az

Read Previous

İran qan içində- DAHA 9 NƏFƏR ÖLDÜRÜLDÜ

Read Next

“İranın müasirləşməsi Azərbaycanda dini təhlükəni xeyli azaldacaq” – NATİQ CƏFƏRLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir