“Yeni islahatlar” erasına start verilib-ŞAHİN SEYİDZADƏ

Azərbaycan gələn il müstəqilliyinin 30-cu ilini qeyd edəcək.

Son 200 il ərzində Azərbaycan dövləti hələ belə uzunmüddətli müstəqil olmamışdır.

Bu həm bir sınağ, həm də bir çağırışdır. İnstitutlaşdırılmış bir subyekt kimi dövlətimiz hələlik çox gəncdir və yetkinliyə çatmaq yolunda müxtəlif inkişaf mərhələrindən keçir. İnkişafın yeni bir mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bunu aydın şəkildə dövlət başçısı “yeni islahatlar” erası olaraq elan edərək, onların icrasına başlamışdır.

Aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Strukturda olan dəyişikliklər idarəetmə sistemində islahatlar aparılmasa mümkün deyil. Uğurlu islahatın təməlində uğurlu idarəetmə, uğurlu idarəetmənın təməlində isə peşəkar və durust kadr faktoru durur. Vəzifələri həvvala olunmuş kadr, Prezidentin ətrafında sıx birləşərək onun apardığı islahatı tək sözlə yox, həm də əməllə dəstəkləyirsə, o zaman islahatın ayrılmaz bir parçası olur. Əgər onun amalları və fəaliyyətləri qeyd edilən kimi deyil və dövlətçiliyinə xidmət göstərmirsə bu o deməkdir ki, həmin şəxs islahatlara uyğunlaşmır. “Yol qaydalar”ı açıq, aydın və çox sadədir – riayyət et və yaxud cəzalındarılacaqsan.   

Prezident “sözdən əmələ” yanaşmanı nümayiş etdirir

Cənab Prezidentin dövlət və hökümətin daxilində apardığı yenidən qurma və islahat siyasətində nəzərdə tutduğu istiqamətlər artıq öz bəhrəsini verir. 2 il öncə başlamış hüquqi, institusional və kadr islahatları geniş vüsət alaraq bu gün intensiv formada davam edir. Biz artıq dövlətin bütün sahələrində islahatlara açıq formada şahid oluruq. İslahat elan olunub, “sözdən əmələ” keçərək, icrası başlanılıb. İslahatlara qarşı gedən, islahatlara “mənfi fon” yaradanlara qarşı cəza tədbirləri də elan olunub, “sözdən əməl”ə keçərək, cəzalandırılmanın tətbiqinə başlanılıb. Prezident həm islahat istiqamətində, həm də islahatlara qarşı gedənlərə qarşı cəzanı tətbiq etməkdə “sözdən əmələ” yanaşmasını aydın şəkildə nümayiş etdidir.

İslahatların gətirdiyi qaydaları riayyət etməyənlər oyunda “qırmızı kart” alır

Son dövrdə aparılan ciddi kadr və struktur dəyişikliklərini məhz bu cümlə ifadə etmək istərdim. Dövlətçilik və xalqın rifahı naminə qarşıya qoyulan məqsədlərə, islahatlar və strateji planlara əməl etməyənlər kənarlaşdırılmalı, daha doğrusu desək artıq kənarlaşdırılır. İslahatların gətirdiyi qaydalara riayət etməyənlər “qırmızı kart” alır.

Prezident yeni yanaşmalar və səriştələr gözləyir.

Prezident hakimiyyətin üç qolunda da islahatlara start vermişdir. 2018-ci ilin prezident seçkilərindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda aparılan struktur və kadr islahatları start götürmüşdür. 10 mart 2020-ci il tarixində keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında cənab Prezident İlham Əliyev öz çıxışında bu islahatların artıq ölkənin qanunvericilik orqanında başlanmasını elan etmişdir:

“Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur…”.

Prezident qanunvericilik sahəsi üzrə, qanunların təkmilləşdirilməsi, qanun və sərəncamların icrasında nəzarət funksiyasına əməl edilməsində yeni tapşırıqlar vermişdir. İslahat dövründə hər kəsə yeni vəzifə və yeni hədəflər qoyulur.

Prezident yeni yanaşmalar və səriştələr gözləyir.

Şahin SEYİDZADƏ,

Milli Məclisin deputatı

Etikxeber.az

Read Previous

“Vaxt var idi ki, Azərbaycanı tanımırdılar, Azərbaycana borc vermək istəmirdilər, borc verəndə də çox ağır şərtlər irəli sürürdülər…”-ZİYAD SƏMƏDZADƏDƏN AZƏRBAYCANIN DÜNƏNİNƏ VƏ BUGÜNÜNƏ BAXIŞ

Read Next

Həmrəy, güclü, səbirli olaq və idmandan qalmayaq…-YUSİF BABANLI YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir