Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yeni təhsil proqramlarında təsnifata yeni ixtisasın əlavə olunması ilə bağlı meyarlar müəyyən edilib.
Etikxeber.az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, əmək bazarının dəyişən tələblərinə uyğun yeni təhsil proqramları əsasında ixtisaslı kadrların hazırlanması məqsədi ilə təsnifata yeni ixtisaslar əlavə oluna bilər.
-Təsnifata yeni ixtisasın əlavə olunması maraqlı tərəflərin (assosiasiyalar, ittifaqlar, işəgötürənlər, işəgötürən birlikləri, dövlət orqan və qurumları, sahibkarlar, təhsili müəssisələrinin elmi-pedaqoji heyəti/mühəndis-pedaqoji heyət və sair) təşəbbüsü əsasında həyata keçirilir.
-Təsnifata yeni ixtisasın əlavə olunması təşəbbüsü ilə çıxış edən maraqlı tərəflər əsaslandırıcı müraciətlərini müvafiq təhsil müəssisəsinə təqdim edirlər.
-Müvafiq təhsil müəssisəsi təsnifata yeni ixtisasın əlavə olunması barədə müraciətə 1 (bir) ay müddətində müəssisənin Elmi Şurasında/Pedaqoji Şurasında baxır və müraciəti əsaslandırıcı hesab etdiyi halda, maraqlı tərəflərin, eləcə də mütəxəssislərin və ekspertlərin iştirakı ilə İşçi Qrupunun yaradılması barədə qərar qəbul edir.
-İşçi Qrupu 3 (üç) ay müddətində təklif olunan yeni ixtisasın bu Qaydaların 2-ci hissəsi ilə müəyyən edilmiş ümumi tələblərə uyğunluğunu araşdırır, yeni ixtisas üzrə əmək bazarının mövcud vəziyyətini və gələcək prespektivlərini təhlil edir və qiymətləndirir, işəgötürənlərin (işəgötürən birliklərinin) rəyini alır, beynəlxalq təcrübəni öyrənir, əmək bazarının yeni ixtisas üzrə kadrlara olan potensial tələbatını müəyyən edir və bununla bağlı hazırlanmış sənədləri və materialları (hesabatlar, arayışlar, təqdimatlar, təhlillər, araşdırmalar, sorğular və s.) təhsil müəssisəsinin Elmi Şurasına/Pedaqoji Şurasına təqdim edir. İşçi Qrupu müvafiq sənədlərin hazırlanmasını 3 (üç) ay müddətinə tamamlaya bilməzsə, təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası qarşısında müddətin artırılması barədə vəsatət qaldırır. Vəsatət məqsədəuyğun hesab edildiyi halda təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası müddətin ən çoxu bir ay müddətinə artırılması barədə qərar qəbul edir.
Etikxeber.az