“Yeni “media orqanları” sifarişçilərin əlində çomağa çevrildi…” – RƏŞAD MƏCİD YAZDI

Hər məmur özünə bir sayt açıb

Cənab Prezidentin son müşavirədə söylədiyi “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib” fikri düşündürücü və narahatlıq doğuran məsələdir.

Ayrı-ayrı məmurların media orqanları yaratmaq istəyi geniş vüsət almasa da, əvvəllər də olub.

Keşmiş MTN-nin təsirində olan qəzetlər vardı.

Onlarda dövlət məmurları, nazirlər barədə elə kompromatlar yayılırdı ki, oxuyan kimi bu faktların media üçün əlçatanlığı şübhə doğururdu.

Bu informasiyalarda xüsusi maraqlı dairələrin əl izləri aydın görünürdü.

musavira-ilya-5

resad_d93701173e943967616c

Mətbuat Şurası bu qəzetləri “qara siyahıya” salsa da, hansısa qüdrətli əl buna mane olurdu.

Yeni medianın artmasıyla ayrı-ayrı məmurların da sayt yaratması adi hala çevrildi.

Çox da böyük olmayan vəsaitlə yaradılan bu yeni “ media orqanları” sifarişçilərin əlində çomağa çevrildi.

İndi, az qala, hər məmur özünə bir sayt açıb.

Hadisələrə münasibətini özü müəyyənləşdirən mətbuat orqanlarının sırası daralıb.

Buna görə də cənab Prezidentin narahatlığını bölüşür, məmur-oliqarxların mediadan öz məqsədləri üçün istifadə cəhdlərinin məhdudlaşacağına ümid edirik.

Rəşad MƏCİD,

“525-ci qəzet”in baş redaktoru

Etikxeber.az

Read Previous

“Ermənistan Şahbaz Quliyevlə Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla…” – DEPUTAT

Read Next

“Sürücüm yoxdur, katibəm deyil, köməkçimdir…” – “MÜSAVAT” BAŞQANINDAN İTTİHAMLARA CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir