Yeni millət vəkili də ilkə imza atdı, ONLAYN QƏBUL KEÇİRDİ VƏ SEÇİCİLƏRİNƏ ÇAĞIRIŞ ETDİ…

Bu gün onlayn qəbul həyata keçirərək, elektron qaydada və telefon rabitəsi vasitəsilə 49 vətəndaşı şəxsən dinlədim.12 problem aidiyyatı orqanların köməyi ilə yerindəcə həll edildi, 19 məsələ üzrə problemləri araşdırmaya qəbul etdim, 18 məsələ isə səlahiyyətim xaricində olsa da, bəzilərinə dair hüquqşunas kimi müvafiq məsləhətlər verərək vətəndaşları istiqamətləndirdim.

Etikxeber.az xəbər verir ki, bunu yeni millət vəkili Bəhruz Məhərrəmov deyib.

Millət vəkili seçicilərə müraciət edərək bildirib ki, hüquqi dövlət olaraq Azərbaycanda hakimiyyətlərin bölgüsü mövcuddur.

“Deputat qanunverici hakimiyyətin nümayəndəsidir. Bu anlamda mən icra, məhkəmə hakimiyyətlərinin, habelə bələdiyyələrin səlahiyyətinə aid olan məsələlər üzrə qərar vermək imkanında deyiləm.Yəni, İcra hakimiyyətinə, bələdiyyəyə yaxud məhkəməyə edilməli müraciətləri deputat həll etmək gücündə deyil. Habelə şəxsən mən şirkət, müəssisə sahibi də deyiləm ki, kimisə işlə təmin edə biləm. Təbii ki, Sizi dinləmək borcumdur, lakin təvəqqem budur ki, elə edək ki, səlahiyyətim xaricində müraciətlər aramızdakı yalnış anlaşılmazlığa və inamsızlığa gətirib çıxarmasın .Beləliklə, günümüz gərgin keçdi, lakin məhsuldar oldu. Əməkdaşlığa, göstərdiyiniz etimada, habelə yazdığınız saysız xoş söz və arzulara görə görə hər birinizə təşəkkür edirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Türkiyə ilə Azərbaycan arasında bu gün görüləcək çox böyük işlər var, çünki potensialmız çox böyükdür”-QƏNİRƏ PAŞAYEVA TÜRKİYƏ SƏFİRİNİ QƏBUL ETDİ – FOTOLAR

Read Next

“Formula-1” təqvimi-DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir