Yeni müavini həm də yaxın dostu və tələbə yoldaşı imiş…

Təhsil Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, Mətin Balasən oğlu Eynullayev təhsil nazirinin yeni müavini təyin olunub.

Bu barədə prezident İlham Əliyevin müvafiq sərəncam imzalayıb.

Təhsil Nazirliyindən isə bildirilib ki, Mətin Eynullayev indiyədək Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

***

Onu da qeyd edək ki, KİV-lərdə gedən məlumatlara görə, yeni nazir müavini M. Cabbarovun yaxın dostu və tələbə yoldaşıdır.

Belə ki, Eynullayevlə Cabbarov 1992-1997-ci illərdə BDU-nun beynəlxalq hüquq fakültəsində təhsil alıb, tələbə yoldaşı olublar.

Cabbarov təhsil naziri təyin olunandan sonra isə  dostunu və tələbə yoldaşını Nazirliyin İcra Aparatının başına gətirib və bununla da Eynullayev nazirdən sonra adçəkilən qurumda əsas söz sahibinə çevrilib…

Eyni zamanda onu xatırladaq ki, nazirin digər müavini Ceyhun Bayramov isə maliyyə nazirinin müavini Azər Bayramovun qardaşı, həm də Cabbarovun ailə dostudur.

metin

Etikxeber.az

 

Read Previous

Nurlana Əliyeva Milli Qəhrəmanı universitetə buraxdırmadı…

Read Next

İslam Məsləhət Şurasında olan deputatlarımız iranlılar tərəfindən alqışlandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir