Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın yeni-ikinci Ombudsmanının Səbinə Yaşar qızı Əliyeva olacağı dəqiqləşib. O, bu vəzifədə ilk Ombudsman Elmira Süleymanovanı əvəzləyəcək.
Bunu Etikxeber.az-a açıqlamasında adının çəkilməsini istəməyən millət vəkili deyib.
Onun dediyinə görə, növbəti 10 gün ərzində parlamentin 3 iclası olacaq və bu iclaslar noyabr ayın 25-i, 29-u və dekabrın 3-də baş tutacaq.
“Bu üç iclasdan birində Ombudsmanla bağlı məsələyə baxılacaq və 3 namizədin içindən Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçiləcək. Artıq bu məsələ dəqiqləşib. İstisna deyil ki, bu məsələ sabahkı-ayın 25-dəki iclasın gündəliyinə əlavə məsələ kimi salınsın və yeni Ombudsmanla qərar verilsin”-deyə, adının çəkilməsini istəməyən deputat bildirib.
Qeyd edək ki,S. Əliyeva tanınmış ailənin qızıdır.
O, sabiq vitse-spiker və eks səfir Yaşar Əliyevin qızıdır.
Eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının (YAP) nüfuzlu simalarından olan İcra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzovun xanımıdır.
S. Əliyeva Hüquq üzrə fəlsəfə doktorudur.
Etikxeber.az