Xəbər verildiyi kimi, dünən Moldovanın yeni prezidenti seçilib.
Etikxeber.az-ın məlumatına görə, bu, Moldovanın Sosialist Partiyasının lideri İqor Dodondur.
Bəs görəsən, yeni prezident kimdir?
Qeyd edək ki, 41 yaşlı yeni prezident 18 fevral 1975 -ci il tarixində Moldovanın Kalaşarsko rayonunun Sadova kəndinə anadan olub.
O, Molvoda Aqrar Universitetinin iqtisadiyyat fakültəsini, sonra Moldova İqtisadi Elmlər Akademiyasının menecment fakültəsini bitirib.
İqtisadi elmlər doktorudur.
24 sentyabr 2011-ci il tarixindən Moldova Şahmat Federasiyasının prezidentidir.
18 dekabr 2011-ci ildən isə Moldova Sosialist Partiyasına rəhbərlik edir.
Ailəlidir, 3 uşaq atasıdır.
Etikxeber.az