Yeni qanun gəlir…

 

“Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsini hazırlayacaq işçi qrupun tərkibi yaxın günlərdə müəyyən ediləcək

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin növbəti iclasında “Orta ümumtəhsil müəssisələri haqqında”  qanun layihəsini hazırlayacaq işçi qrupun tərkibi müəyyən ediləcək.

Etikxeber.az-ın xəbərinə görə, bunu MM-in  Elm və təhsil komitəsinin mayın 2-də  keçirilən iclasında komitə sədri, akademik İsa Həbibbəyli deyib.

isa-habib

O, qeyd edib ki, komitə “Orta ümumtəhsil müəssisələri haqqında”  yeni qanun layihəsini hazırlamağa başlayır:

“Gələn iclasda qanun layihəsinin hazırlanması üçün işçi qrupun tərkibini, vəzifələri müəyyən edəcəyik. Biz istəyirik ki, bu qrupda Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, özəl məktəblərdən birinin direktoru və s. təmsil olunsun. Bu gün biz “Orta ümumtəhsil müəssisələri haqqında”  qanun layihəsini hazırlamağa başladığımızı elan edirik. Hələ “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanarkən bunun üçün müəyyən hazırlıq işləri aparmışıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Uşaqlar neçə yaşından bağçaya gedə bilər? -DƏYİŞİKLİK – YENİLƏNİB – (1)

Read Next

Qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib – MİLLİ KOORDİNATOR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir